Dağınıq skleroz xəstələrinin müalicəsi

12:04 23-04-2018 | icon 136 | Sağlamlıq
Dağınıq skleroz xəstələrinin müalicəsi

Azərbaycanda dağınıq skleroz xəstəliyinin diaqnostikası və müalicəsi üzrə klinik protokollar hazırlanacaq və tətbiq ediləcək.

 

Versus.Az xəbər verir ki, səhiyyə naziri səlahiyyətlərini icra edən Oqtay Şirəliyevin imzaladığı "Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Tədbirlər planına əsasən, klinik protokollar 2019-cu ildə hazırlanaraq tətbiq ediləcək.

 

Bununla yanaşı, 2018-2022-ci illərdə dağınıq skleroz xəstəliyinin mərhələsinin müəyyənləşdirilməsi məqsədilə tibb müəssisələri zəruri laboratoriya avadanlığı ilə və reaktivlərlə təmin ediləcək.

 

Qeyd edək ki, klinik protokollar hər hansı nozologiya və ya sindrom zamanı düzgün yardım göstərilməsi ilə bağlı qərar qəbul etməkdə həkimə kömək edən tövsiyələr toplusudur. Klinik protokolların tərtib edilməsində məqsəd ən son elmi tədqiqatların nəticələrini gündəlik praktikaya tətbiq etmək, tibb işçilərini pasiyentə rasional yardım göstərməkdə kömək edəcək vəsaitlə təmin etmək və tibbi xidmət göstərilməsində yüksək standartlara nail olmaqdır. Klinik protokollar həkimlərə seçim imkanı verir və hər hansı klinik situasiyada necə hərəkət etməklə bağlı istiqamətverici rol oynayır.

 

GÖZƏL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili AŞPA-da mədəniyyətlərarası dialoqla bağlı suallar səsləndirib

Himnimizə münasibət – FLƏŞMOB

“Məni agentlikdə ittiham etməklə...”

Partiya sədrindən nazirə açıq məktub

Pensiyalar artıb

Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

SƏM milli dövlətçilik tərəfdarlarını təmkinli davranmağa çağırıb

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ

Bu məhkumlarla bağlı qanun dəyişir

""Camaat nə deyər?!" prinsipi..."