Yeni telekanal yarana bilər

15:06 23-04-2018 | icon 282 | Gündəm
Yeni telekanal yarana bilər

"İdeoloji cəbhə gücləndirilməlidir" - ZİYALI TƏKLİFİ

 

"Biz, Qarabağda məğlub olmazdan əvvəl ideoloji cəbhədə düşmənə uduzmuşduq. Heç indi də bu sahədə yüksək səviyyədə güclü deyilik".



Versus.Az xəbər verir ki, bunu Qarabağdan olan ziyalı Qəzənfər Hüseyn özünün "Facebook" səhifəsində yazıb. Ağsaqqal düşüncələrini sosial media vasitəsiylə bölüşmək istəyib:

 

"Şəxsən mən düşünürəm ki, ordumuzda son illərdə əldə edilən nizam-intizam, hərbi texniki irəliləyişlə bu sahədəki ideoloji işin səviyyəsi heç də uyuşmur. Halbu ki ideoloji cəbhə ordudan da güclü olmalıdır, dünyanı bizim haqq işimizə inandırmalıdır. Məncə, bizdə çoxdan rus və ingilis dillərində dünyaya yayımlanan Karabakh TV yaratmaq lazımdır. Bu TV kanal sırf Qarabağla bağlı verilişlər aparmalıdır. Bunun üçün xeyli vicdanlı, patriot və peşəkar tele-jurnalistlərin olduğuna əminəm".



Bu gün Azərbaycanda 10-dan çox bir-birini təkrarlayan TV kanalların olduğunu vurğulayan Qəzənfər müəllimin sözlərinə görə, yaradılmasına ehtiyac duyulan Karabakh TV fərqli olmalıdır:

 

"Dövlətin Qarabağla bağlı xarici siyasətindən tutmuş, ermənilərin işğalçılığına, onların saxta tarixinə, bu ərazilərə köçürülmələrinə qədər faktlara əsaslanan süjetlər hazırlayıb ən azından rus və ingilis dillərində dünyaya yaymalıdır.
Bütün dostlardan, xüsusilə də jurnalistlərdən xahiş edirəm bu məsələni ictimailəşdirin. Mən demirəm ki, bu görəvlilərdən heç kəsin ağlına gəlmir, amma biz bu məsələnin həll edilməsi üçün sosial şəbəkənin və KİV-lərin imkanlarından istifadə etməliyik".



Qəzənfər Hüseynov bildirilib ki, bu qaldırılan məsələ ümummilli əhəmiyyət kəsb edir.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni bir Çanaqqaladan keçirik”

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

Pensiyalar artıb

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

ALDP sədrindən müstəqillik təbriki

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Bu məhkumlarla bağlı qanun dəyişir

""Camaat nə deyər?!" prinsipi..."

Hər 100 hamilə qadından 30-u abort etdirir - SOS

Ölən qızın ağzına iri daş qoyulub - SƏBƏB?

İqbal Ağazadə xalqı təbrik etdi