Türkiyədə ertələnən seçki - Versus.Az-ın “ORTAQ MƏXRƏC”ində

16:17 23-04-2018 | icon 328 | Geopolitika
Türkiyədə ertələnən seçki - Versus.Az-ın “ORTAQ MƏXRƏC”ində

 

Türkiyə, seçkiləri hansı zəruri səbəblərdən ertələdi və bu hansı problemin çözümünü nəzərdə tutur?

 

Versus.Az-ın qonağı Türkiyənin Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri Həsən Oqtay və Türkiyə Liberal Demokrat Partiyasının sədri Gültəkin Tırpancıdır.

 

Həsən Oqtay: “Seçimin ertələnməsində əsas səbəb hakimiyyətin köhnəlməsidir"

 

Mövzu ətrafında təhlillər aparan Həsən Oqtay Türkiyədə prezident seçkilərinin 1 il önə çəkilməsinin əsas səbəbi kimi hakimiyyətin köhnəlməsini irəli sürüb:

 

“Hakimiyyət bu vəziyyətdə seçkiyə qədər daxildə və xaricdə cərəyan edəcək olayları idarə edə bilməzdi. Ona görə də ölkənin ciddi təhlükələrlə qarşılaşacağından narahatlıq keçirən Dövlət Baxçalı erkən seçim qərarı aldı”.

 

H.Oqtay bu prosesdə Türkiyə ilə ABŞ arasında olan siyasi böhranın idarə olunmaz hala gəlməsinin rol oynadığını bildirib:

 

“ABŞ-Rusiya əlaqələri Türkiyəyə mənfi təsir göstərməkdədir və bu gərginlik Türkiyəyə böyük bir basqı olaraq əks olunmaqdadır. Bu gərginlik istər-istəməz hökuməti içindən didir. Eləcə də iqtisadi çökmə, neftin qiymətinin artması, dolların bahalaşması Türkiyədə hökumətə mənfi təsir etməkdədir. Türkiyə iqtisadi böhrana qarşı əməliyyat keçirməklə də erkən seçim qərarını önə çıxarıb. Üstəlik, Tayyib Ərdoğanın beynəlxalq sistemdə istənilməyən adam kimi görülməsi və Ərdoğan üzərindən Türkiyəyə qarşı əks əməliyyatların keçirilməsini önləmək üçün bu seçim həmləsi həyata keçirilə bilər”.

 

H.Oqtay hesab edir ki, T.Ərdoğan seçkidə qazanarsa, ölkəyə olan etibar yenilənmiş olar, yeni bir sistemə keçilər və daha geniş bir sosial baza ilə ölkəni idarə edərlər:

 

“Əgər Tayyib Ərdoğan qazanmasa belə onun yerinə gələn adam təzə bir qüvvə olaraq ölkənin önünü açar”.

 

H.Oqtay bu seçimlərdə kimin üstünlüyünün daha yüksək olmasına da aydınlıq gətirib:

 

“Bu gün Tayyib Ərdoğandan başqa hələlik bir namizəd yoxdur və böyük ehtimalla o seçilə bilər. Yəni artıq yüzdə əlli səs alan bir iqtidar Türkiyəni idarə edəcəkdir”.

 

Gültəkin Tırpançı: “Bu, müxalifətin və cümhuriyyət tərəfdarı olan xalqın basqıları nəticəsində yaranıb”

 

Türkiyə Liberal Demokrat Partiyasının sədri Gültəkin Tırpancı  öncə dünyanın ölkələrə ötürdüyü demokratiyada yanlışlığa yol verdiyini bildirib:

 

“Təəssüf ki, istər Azərbaycan, istərsə də Türkiyə yerləşdikləri coğrafiyada hüququn üstünlüyü, fərdi haqlar və demokratiyadan yana əsl payını ala bilməyiblər. Buna adət-ənənələri də əlavə etsək, təəssüf ki, özümüz də təməl insan haqlarından məhrum qalan vətəndaşlar olaraq yaşamağa məhkum edilmək istəyirik. Bu zaman liberalların fəaliyyətinin vacibliyi önə çıxır. Qeyd etdiyim haqların əldə edilməsi və insan kimi yaşaya bilməyimiz üçün liberallar həqiqi mübarizə aparır. Amma bu, bu gündən sabaha qədər dərhal qazanıla biləcək bir nəticə deyil. Bu, uzun sürən bir  mübarizə tələb edir və bizlər nəticə alana qədər davam edəcəyik”.

 

G.Tırpançı Türkiyədə seçkilərin önə alınmasını birmənalı qarşılamayıb. O, bildirib ki, hazırda Türkiyədə yaşanan iqtisadi, siyasi, eləcə də daxili və xarici böhran belə bir addım atmaq tələbini irəli sürüb. Onun sözlərinə görə, erkən seçimə getmək məcburiyyəti ölkədə haqq və azadlıqların məhdudlaşdırılmasının  çətin bir hala gəlməsindən sonra müxalifətin və cümhuriyyət tərəfdarı olan xalqın basqıları nəticəsində yaranıb:

 

“Keçiriləcək seçkidə xalqımız ya “demokratiya”, ya da “anarxiya” deyəcəkdir. Arzu edərdim ki, demokratiya desin.  Biz Liberal Demokrat Partiyasi olaraq nəzərdə tutulan seçimlərə qatılmaq haqqımızı almaq üçün bütün hüquqi yolları araşdırıb yaxşı bir nəticə alınacağına ümid edirik”.

 

G.Tırpançı müxalifətin seçkiyə boykotla yanaşma təcrübəsinə də fikir bildirib:

 

“Liberalların seçimləri boykot etmək kimi bir düşüncəsi əsla olmayib. Əğər biz seçimlərə qatıla bilməsək, demokradiyadan,  azadlıqlardan və hüququn üstünlüyündən yana olan layiqli partiyalardan birini dəstəkləyəcəyik. Bizim üçün önəmli olan insan haqlarına sayqı, hüquq və azadlıqların güvənc altına alınması, hüququn üstünlüyünü mənimsəyən qanunları həyata geçirmək və qorumaqdır. Bu məsələdə üzərimizə düşən hər nə varsa, sonuna qədər yerinə yetirmək üçün çalışmaqdayıq”.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili AŞPA-da mədəniyyətlərarası dialoqla bağlı suallar səsləndirib

Himnimizə münasibət – FLƏŞMOB

“Məni agentlikdə ittiham etməklə...”

Partiya sədrindən nazirə açıq məktub

Pensiyalar artıb

Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

SƏM milli dövlətçilik tərəfdarlarını təmkinli davranmağa çağırıb

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ

Bu məhkumlarla bağlı qanun dəyişir

""Camaat nə deyər?!" prinsipi..."