Politoloq: Erməni müxalifəti Qarabağ məsələsində daha da radikal mövqe tutub - MÜSAHİBƏ

22:07 23-04-2018 | icon 360 | Geopolitika
Politoloq: Erməni müxalifəti Qarabağ məsələsində daha da radikal mövqe tutub - MÜSAHİBƏ

 

Nəzakət Məmmədova: “Hakimiyyətə kim gəlir gəlsin, onlar işğalçılıq siyasətini dəstəkləyirlər”

 

Ermənistan hakimiyyətinin regionda Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəhayətdə öz başında çatlayır. Sarkisyan hökumətindən narazı qalan ermənilər istefa tələb edir.

 

Versus.Az Ermənistanda başladılan etiraz dalğasının səbəb və nəticələri istiqamətində politoloq Nəzakət Məmmədova ilə müzakirəsini təqdim edir.

 

- Nəzakət Xanım, 11 gündür işğalçı Ermənistanda davam edən etiraz aksiyaları - Sarkisyana qarşı olan məlum çıxışlar ölkədəki hansı durumdan xəbər verir?

 

- Bu aksiyalar ölkədə kəskin qarşıdurmanın, parçalanmanın, əhali arasında Sarkisyan rejiminə qarşı böyük nifrət və hiddətin olmasından xəbər verir. Xalq ondan və “Qarabağ klanı”ndan bezib, onun 10 illik prezidentlik postundan sonra konstitusiyanı dəyişib baş nazir kimi hakimiyyəti əldə saxlamasından narazıdır. Ölkədə sosial iqtisadi vəziyyət son dərəcə pisdir, 3 milyonluq ölkənin əhalisinin 1 milyondan çoxu səfalət həddində yaşayır. Beynəlxalq təşkilatlar Ermənistanın ötən illərlə müqayisədə demokratiya sahəsində daha da gerilədiyini yazırlar. Məsələn, bu günlərdə “Freedom House” təşkilatının hesabatında bu barədə qeyd edilib. Üstəlik, Sarkisyan və onun ailəsi xüsusi imtiyaz sahiblərinə çevriliblər və bu, əhalini qıcıqlandırır. Odur ki, belə bir şəraitdə diaspora özü də Sarkisyandan çox narazıdır və onun hakimiyyətdən getməsini istəyir.

 

- Sarkisyana qarşı yönələn bu çıxışlarda hansısa xarici təsirlərin rolu ola bilər?

 

- Erməni müxalifətinin Paşinyanın başçılığı altında Sarkisyan rejiminə qarşı çıxmasında Qərbdəki bəzi güc mərkəzlərinin və xaricdəki erməni diasporunun rolunun olması ehtimalı böyükdür. Bu da onunla bağlıdır ki, hazırda Qərb ölkələri ilə Rusiya arasında münasibətlər kəskinləşib və bundan istifadə edərək Rusiyanın Ermənistandakı təsirini azaltmaq istəyən qüvvələr var. Rusiya ilə Qərb təkcə Avropada, Suriyada yox, həm də Cənubi Qafqazda qarşı-qarşıya gəliblər.

Avropa Birliyinin Ermənistana Paşinyanın tezliklə həbsdən azad etməsinə dair çağırış etməsi, ABŞ Dövlət Departamentinin  narahatlıq bəyanatı yayması, “Freedom House” təşkilatının Ermənistanı bu günlərdə demokratiyanın geriləməsində tənqid etməsi, habelə xaricdəki bəzi erməni diasporu rəhbərlərinin Avropa mətbuatında çıxış edərək Sarkisyanı tənqid etməsi bunu deməyə əsas verir.

 

“Erməni müxalifəti də iqtidarı kimi çıxış edir”

 

- Ermənistanda cinayətkar Sarkisyana qarşı yönələn bu etiraz dalğası ictimaiyyətə Qarabağ münaqişəsinin həllinə dair hansı tələbi təqdim etmiş olacaq?

 

- Ermənistanın hazırda mitinqlərdə iştirak edən müxalifət qismi Qarabağ məsələsində güzəştə yox, əksinə, daha da radikal mövqe tutublar. Sarkisyanın hakimiyyətdən getməsinə olan tələblərdən biri də onunla əsaslandırılır ki, Azərbaycan 2016-cı ilin aprel döyüşlərində Ermənistanı xeyli üstələyib, qələbə qazanıb və strateji mövqeləri ələ keçirib. Belə bir şəraitdə daima “Qarabağ kartı”ndan istifadə edən Sarkisyan rejiminin siyasətdən getməsi tələb olunur. Eyni zamanda, Azərbaycanın növbəti qələbələrindən də narahatlıq var. Erməni müxalifəti də, iqtidarı kimi Qarabağ məsələsində işğalçı mövqedən çıxış edir.

 

- Ermənistan işğalçılıq mövqeyindən geri çəkilməyəcəyini son günlər Ağcəbədi istiqamətində dinc əhalimizə qarşı silahlı həmlə etməsi ilə bir daha göstərdi. Ermənistan rəhbərliyindəki dəyişiklik bu dövlətin işğalçılıq siyasətini dəyişə bilər?

 

- Ermənistan rəhbərliyi öz işğalçılıq mövqeyindən geri çəkilmir. Bu ölkədə hakimiyyətə kim gəlir gəlsin, istər biznesmen, İngiltərədə keçmiş səfir Aram Sarkisyan, istərsə də Qarabağda hərbi cinayətlər törətmiş Serj Sarkisyan, fərqi yoxdur, onlar işğalçı siyasətini dəstəkləyirlər. Hakimiyyətin digər ortağı Erməni İnqilabı Federasiyası Daşnaksütyun partiyasıdır. Daşnaksütyun isə yaranandan bəri terror təşkilatı olub və bu gün də o təfəkkürdən imtina etməyib. Odur ki, yaxın illərdə dəyişiklik çətin ki, baş verə. Ermənistan Rusiyanın və Avropadakı erməni diasporasının cəngindən qurtarsa, erməni xalqı özü dərk etsə ki, bu münaqişə onlara heç bir xeyir gətirmir, əksinə böyük zərbələr vurur, onları geri salır, bu zaman bəlkə hansısa müsbət dəyişiklik baş verə bilər. Amma bu gün ermənilər Azərbaycana qarşı əsassız nifrət, kin hissləri ilə yaşayırsa, böyük dövlətlərin və diasporanın ianələri hesabına öz mövcudluğunu qoruyub saxlayırsa və barbar təfəkkürü ilə düşünürsə, çətin ki, münaqişənin həllində irəliləyiş ola.

 

“Rusiya hərbi müdaxilə ehtimalını nəzərdən keçirir”

 

- Necə hesab edirsiniz, Ermənistandakı vəziyyət beynəlxalq aləmin diqqətini hansı aspektdə özünə cəlb edib. Rusiya və Qərbin Ermənistandakı mövcud vəziyyətlə bağlı hansı plan və proqramların üzərində işlənildiyi müşahidə olunur?

 

- Rusiya, vəziyyət gərginləşərsə, hərbi müdaxilə ehtimalını nəzərdən keçirir. Avropa və ABŞ isə bayaq qeyd etdiyim kimi bəyanatlar verir. Lakin bu bəyanatların çox ciddi nəticələri də ola bilər. Hər bir halda Sarkisyan 10 il əvvəl necə qanla hakimiyyətə gəlmişdisə, baş nazir vəzifəsinə də o cür başladı. Lakin düşünürəm ki, bu mənfur Sarkisyan rejiminin əsaslarını sarsıtdı, əhali arasında nüfuzunun olmadığını, onun legitimliyinin bir çox siyasi qüvvələr tərəfindən qəbul edilmədiyini göstərdi. Bu isə Ermənistanın qeyri-demokratik mahiyyətini bir daha bütün dünyaya sübut etdi.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili AŞPA-da mədəniyyətlərarası dialoqla bağlı suallar səsləndirib

Himnimizə münasibət – FLƏŞMOB

“Məni agentlikdə ittiham etməklə...”

Partiya sədrindən nazirə açıq məktub

Pensiyalar artıb

Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

SƏM milli dövlətçilik tərəfdarlarını təmkinli davranmağa çağırıb

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ

Bu məhkumlarla bağlı qanun dəyişir

""Camaat nə deyər?!" prinsipi..."