OMON-çu məhbus aclıq aksiyasına başladı

17:14 23-04-2018 | icon 119 | Cəmiyyət
OMON-çu məhbus aclıq aksiyasına başladı

 

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri, Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Akif Nağı ömürlük həbs cəzası çəkən, keçmiş OMON-çu Elçin Əmiraslanovun ağır vəziyyəti və aclıq aksiyasına başlaması ilə əlaqədar Azərbaycan Respublikasının prezidentinə, ədliyyə nazirinə, penitensiar xidmətin rəisinə müraciət göndərib.

 

Bu barədə Versus.Az-a QAT-ın Mətbuat Xidmətindən bildirilib. Müraciətdə göstərilir:

 

"Qobustan həbsxanasında ömürlük həbs cəzası çəkən keçmiş OMON-un dəstə komandiri Elçin Əmiraslanovun ağır vəziyyəti ilə bağlı yenidən Sizə müraciət edirik. Elçin Əmiraslanov Azərbaycanın ərazi bütövlüyü uğrunda fədakarlıqla vuruşub, dəfələrlə yaralanıb, dövlət tərəfindən bir neçə dəfə təltif olunub, mərhum prezident Heydər Əliyev tərəfindən onun xidmətləri yüksək qiymətləndirilib. Elçin Əmiraslanov 22 ildir ki, ömürlük həbs cəzası çəkir. Onun sağlamlığı üçün ciddi təhlükələr yaranıb, səhhətində ciddi problemlər var. Penitensiar Xidmətin Mərkəzi Xəstəxanasının baş nevroloqu Məhərrəm İsayev ötən il oktyabrın 13-də onu müayinə edib, dərhal mərkəzi müalicə müəssisəsinə köçürülməsi ilə bağlı rəyini bildirib. Digər həkimlər də eyni fikri dəfələrlə bildiriblər. Lakin nə üçünsə bu vaxta qədər Elçin Əmiraslanov müalicə müəssisəsinə köçürülmür, bunun səbəbini də izah etmirlər. Elçin Əmiraslanov bu cür biganə münasibətə etiraz olaraq bu gündən aclıq aksiyasına başlayacağını və ölənə qədər davam etdirəcəyini bildirib.  Elçin Əmiraslanov bu gün də Azərbaycan dövlətinə sədaqətlə xidmət etməyə, ərazi bütövlüyü uğrunda yenidən döyüşə atılmağa hazır olduğunu dəfələrlə bildirib. Onun aclıq aksiyasına başlaması haqsızlığa qarşı son etiraz cəhdidir. Onun taleyinə biganə qalmayacağınıza, məsələyə ədalətli mövqedən müdaxilə edəcəyinizə inanır və əvvəlcədən təşəkkür edirik.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni bir Çanaqqaladan keçirik”

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

Pensiyalar artıb

ALDP sədrindən müstəqillik təbriki

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Bu məhkumlarla bağlı qanun dəyişir

Ölən qızın ağzına iri daş qoyulub - SƏBƏB?

İqbal Ağazadə xalqı təbrik etdi

""Camaat nə deyər?!" prinsipi..."

Hər 100 hamilə qadından 30-u abort etdirir - SOS