Akif İslamzadəyə, Teymur Əmraha niyə xalq artisti adı verilmir?

21:12 21-12-2019 | icon 203 | Mədəniyyət
Akif İslamzadəyə, Teymur Əmraha niyə xalq artisti adı verilmir?

Deyə bilmərəm bundan sonra necə olacaq, amma professor Qulu Məhərrəmlinin sözü olmasın, suyun axınını kəsən iki "əjdahanın" zərərsizləşdirilməsi yəqin ki, öz nəticəsini göstərəcək. Ölkə prezidenti humanistlik göstərib, hər dəfə müxtəlif sənət adamlarına fəxri adlar verir.

 

Fəqət bu adlara daha çox layiq olan bir sıra sənətkarlar hələ də kənarda qalırlar. Ola bilsin ki, kimsə təşəbbüs göstərib onların haqqında təqdimatla ölkə rəhbərinə çıxmırlar. Məgər, Teymur Əmrah xalq artisti adına layiq deyilmi? Yəni Akif İslamzadəyə Azərbaycan musiqi xəzinəsinə töhfə verdiyi mahnılarına görə bu adı vermək olmazmı? Axı bu insanlar heç də "Azərbaycan xalq artisti" fəxri adına layiq görülən müğənnilərdən az iş görməyiblər. Məncə sənətkarlara fəxri ad veriləndə onların siyasi düşüncələri, davranışları yox, xidmətləri əsas götürülməlidir...


Akif İslamzadənin artıq 71 yaşı var, Teymur Əmrah isə 48 yaşındadır. Doğrudur, Akif İslamzadə uzun müddətdir ki, məlum səbəblərdən səhnəyə çıxmır, lakin onun ifa etdiyi mahnılar bu gün də xüsusi zövqlə dinlənilir. Teymur Əmrah isə ifaçılıqdan əlavə, vokal sənətinin incəliklərini neçə illərdir ki, tələbələrə tədris edir. Necə deyərlər, onun məktəbini keçmiş bir sıra müğənnilər bu gün "Azərbaycanın xalq artisti" olsalar da, özü hələ də bu ada layiq görülməyib...


Bəli, bu insanlar sıradan bir müğənni deyillər, ifaları ilə tarix yaradan sənətkarlardır. İnanıram ki, bu insanlar tezliklə halal etdikləri haqqa qovuşacaqlar. Axı suyun axınının qarşısını alan "əjdahalar" zərəsizləşdiriliblər...

 

Elman Eldaroğlu
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Köhnə nazirlər - Kimlər gedib, kimlər qalıb...

Şimşək, külək, yağış, leysan…

Azərbaycan - Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir - FOTO

Qənirə Paşayevanın vətənpərvərliyini yox, qolunu müzakirə obyektinə çevirənlər…

Operativ Qərargah rayonlara gediş-gəliş qadağası ilə bağlı qərar verdi

Avqustun 31-dək qüvvədə qalacaq -Sərt karantin

Azərbaycanda karantin rejimi yumşaldılır

Azərbaycanda daha 647 nəfər COVID-19-dan sağaldı, 241 nəfər yoluxdu

Koronavirusdan sağalanların sayı 11 milyonu keçdi

“Kökəlmələr, artıq cəkilər uşaqlıqdan başlayır”

“Ximioterapiya xroniki toksaplazmozun müalicəsində effektli deyil”

"Məktəblər 3 növbə sisteminə keçməlidir"

Şəhid Xəyyam Məmmədovun ata ocağı ziyarət edilib

Çılpaq ekstrim həvəskarı çaya baş vurmağa cəhd etdi - VİDEO

DİM rezidentura imtahanında iştirak edəcək şəxslərə müraciət edib