Yeni əmək və əhalinin sosial müdafiəsi naziri kollektivə təqdim edilib

17:31 23-04-2018 | icon 114 | Sosial
Yeni əmək və əhalinin sosial müdafiəsi naziri kollektivə təqdim edilib

Prezident İlham Əliyevin 21 aprel 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilmiş Sahil Rafiq oğlu Babayev nazirliyin kollektivinə təqdim edilib.

 

Nazirlikdən Versus.Az-a verilən xəbərə görə, yeni naziri kollektivə Azərbaycan Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev təqdim edib.

 R.Mehdiyev S.Babayevin keçdiyi həyat yolu və iş təcrübəsi barədə məlumat verib.

 

R.Mehdiyev Prezidenti İlham Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısı nəticəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının artırılması istiqamətində mühüm addımların atıldığını vurğulayıb. O, əmək resurslarının səmərəli məşğulluğunun təminatının, aktiv məşğulluq proqramlarının genişləndirilməsinin, əmək bazarının tənzimlənməsinin də ölkədə aparılan sosial-iqtisadi siyasətin əsas prioritetlərindən olduğunu diqqətə çatdırıb. R.Mehdiyev dövlət başçısı tərəfindən əmək və sosial müdafiə sahəsində qarşıya qoyulan vəzifələrin, verilən tapşırıqların icrası ilə bağlı nazirliyin kollektivinə müvafiq məsləhət və tövsiyələrini verib.

 

S.Babayev Prezident İlham Əliyev tərəfindən ona göstərilən yüksək etimada görə minnətdarlığını bildirib. O, dövlət başçısının əmək və sosial müdafiə sahəsi ilə bağlı müəyyən etdiyi vəzifələrin layiqli şəkildə icrasının təmin ediləcəyini vurğulayıb.

 

S.Babayev Nazirliyin  fəaliyyətinin bütün istiqamətlərində şəffaflığın tam təmin ediləcəyini, ən mütərəqqi beynəlxalq təcrübəyə uyğun olaraq normativ-hüquqi bazanın və inzibati icraatın təkmilləşdiriləcəyini bildirib və nazirliyin fəaliyyətində sistemli yanaşma və sosial ədalət prinsiplərinin rəhbər tutulacağını qeyd edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili AŞPA-da mədəniyyətlərarası dialoqla bağlı suallar səsləndirib

Himnimizə münasibət – FLƏŞMOB

“Məni agentlikdə ittiham etməklə...”

Partiya sədrindən nazirə açıq məktub

Pensiyalar artıb

Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

SƏM milli dövlətçilik tərəfdarlarını təmkinli davranmağa çağırıb

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ

Bu məhkumlarla bağlı qanun dəyişir

""Camaat nə deyər?!" prinsipi..."