“Əgər Qərb öz istədiyi şəxsi Sarkisyanın yerinə baş nazir təyin etsə…”

17:43 23-04-2018 | icon 432 | Geopolitika
“Əgər Qərb öz istədiyi şəxsi Sarkisyanın yerinə baş nazir təyin etsə…”

 

“Rusiya aşkar, yaxud gizli müqavimət göstərib vəziyyəti öz xeyrinə dəyişməyə cəhd edəcək”

 

“Yəqin ki, sonrakı addım Sarkisyan tərəfdarlarının hakimiyyətdən uzaqlaşdırılması olacaq. Çox güman ki, Qərbin dəstəklədiyi şəxs hakimiyyətə gətiriləcək”.

 

Bunu Versus.Az-a politoloq Nəzakət Məmmədova Serj Sarkisyanın istefasından sonra ölkədə cərəyan edəcək proseslərlə bağlı açıqlamasında bildirib. Onun sözlərinə görə, əgər Qərb öz istədiyi şəxsi Sarkisyanın yerinə baş nazir təyin etsə, bu, artıq Ermənistanda “məxməri inqilab” baş verdiyini deməyə əsas yaradacaq. Eyni zamanda bu, Rusiyanın zəifləməsi deməkdir:

 

“Yəqin ki, Rusiya hazırda Avropa ilə Cənubi Qafqazda üz-üzə gəlmənin ciddiliyini başa düşür. Suriya və Ukraynadan sonra Ermənistan 3-cü cəbhədir”.

 

Politoloq bildirib ki, Rusiya özünü laqeyd aparsa da, nəsə düşünür:

 

“Zatulin deyib ki, Rusiya bu hadisələrə müdaxilə etməyəcək. Ancaq Rusiyanın Ermənistandan sakitcə gedəcəyi qətiyyən inandırıcı görünmür. Bir dövlət 300 ilik imperiya ambisiyasından elə-belə əl çəkə bilməz. Rusiya aşkar, yaxud gizli müqavimət göstərib vəziyyəti öz xeyrinə dəyişməyə cəhd edəcək. Yəqin ki, nəsə düşünür”.

 

Ləman
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili AŞPA-da mədəniyyətlərarası dialoqla bağlı suallar səsləndirib

Himnimizə münasibət – FLƏŞMOB

“Məni agentlikdə ittiham etməklə...”

Partiya sədrindən nazirə açıq məktub

Pensiyalar artıb

Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

SƏM milli dövlətçilik tərəfdarlarını təmkinli davranmağa çağırıb

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ

Bu məhkumlarla bağlı qanun dəyişir

""Camaat nə deyər?!" prinsipi..."