Şəkərli diabetin səbəblərindən biri

08:44 23-12-2019 | icon 112 | Sağlamlıq
Şəkərli diabetin səbəblərindən biri

Azərbaycan əhalisində qanda şəkəri tənzimləyən xrom çatışmır. Xrom diabet və digər xəstəliklərin qarşısını bu element alır. Xrom – insan üçün hava-su kimi lazım olan vacib fermentdir.

 
 
O, metobolizm, yağ turşuları, karbohidrat, zülal və xolesterin sintezində açar rolunu oynayır.
 
Qanda şəkərin səviyyəsini, insulinin aktivliyini tənzimləyir.
 
 
Orqanizmində kifayət qədər xrom olan insanlarda diabet və ateroskleroza tutulma riski azdır. Xrom damarları tutan xolesterin və yağ bloklarını təmizləyir, miokard infarktının qarşısını alır.
 
 
Versus.Az Medicina.az-a istinadən xəbər verir ki, yaşlı insanın gündəlik xrom tələbatı -50-200 mkq-dır.
 
 
Orqanizmdə xrom çatışmazlığının əlamətləri:
 
 
-Yorğunluq, yuxusuzluq, narahatlıq
 
-Baş ağrıları, spazmlar
 
-Nevralgiya ağrıları
 
-əzələ kordinasiyasının pozulması
 
-əl-ayaqda əsmə
 
-hiperqlikemiya, hipoqlikemiya
 
 
-metobolizm pozğunluğu
 
-qanda triqliseridlərin və xolesterinin çoxalması
 
- ürəyin işemik xəstəlikləri
 
-bədən kütləsinin çox dəyişməsi – çox kökəlmə və ya arıqlama
 
-kişilərdə reproduktiv funksiyasının azalması
 
 
 
 
 
Orqanizm xromu su, hava, qida ilə qəbul edir.
 
Xromun sovrulması qalın bağırsaqda baş verir, mənimsənilməmiş xrom nəcislə xaric olur.
 
Daha böyük miqdar xrom isə öd şirəsi ilə itirilir.
 
 
Xrom qlükozaya tolerantlıq faktorunun əsas komponenti olduğundan o qlükozanın hüceyrə membranını təşkil edir. O, insulinin fəaliyyətini aktivləşdirir, bu hormonun təsir etdiyi bütün prosesləri tənzimləmiş olur.
 
 
Ona görə xrom şəkərli diabet xəstələrinə çox lazımdır. İstənilən şəkər xəstəsinin qanında xrom defisiti var. Bəlkə də xrom ehtiyatı kifayət qədər olsaydı, qanda qlükoza qalxmazdı, insulin pozulmazdı. Məhz bu mikroelementin çatışmazlığı diabet önü mərhələ zamanı aşkarlanmalı, qarşısı alınmalıdır.
 
 
Xrom hamilə qadınlarda da azalır. Ona görə çox vaxt hamiləlik diabeti adlanan sindrom baş verir.
 
Xrom lipid mübadiləsinə təsir edir, artıq piy-yağın belə deyək əridilib çıxarılmasına səbəb olur.
 
Ateroskleroz, damar tıxanıqlığı, işemiya kimi xəstəliklərin kökündə də xrom defisiti var.
 
 
Heyvanlar üzərində aparılmış təcrübə göstərib ki, xrom defisiti boy artımını saxlayır, sinir sistemini pozur, spermatozoidlərin keyfiyyətini azaldır.
 
 
 
 
Bəs xromu hardan almalı?
 
 
Xrom tuns balığından, bir çox balıq və dəniz məhsullarında, mal qaraciyərində, mal dilində, yumurta, toyuq əti, brokkoli, qarğıdalı, çuğundur, ördək ətində, bildirçin və yumurtasında, şaftalıda, mərci, turp, şampinyon göbələyində olur.
 
 
Lakin xrom artıqlığı da fəsadlar yaradır
 
 
İri şəhərlərdə havada normadan artıq xrom olması, suda xrom olması orqanizmdə xromun dozasını artırır. Bu da allergiya, astma, bronxit, hormonal problemlər, baş ağrıları, xroniki toksiki zəhəlrənmə verir. Hətta havada həddən artıq xrom olması ağciyər və qırtlaq xərçənginə kimi gətirib çıxarır.
 
 
Zob xəstəliyi olanlar və diabet xəstələri yalnız həkim məsləhəti ilə əlavə xrom preparatı qəbul edə bilər. Çünki başqa dərmanlar, aspirin və insulin xromun mənimsənilməsini pozur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Pis vəkil, yaxşı vəkil və mükəmməl vəkil...

“Səndən sonra” Təbrizdə - FOTO

Bizim "üçlüy"ümüz...

Qurban bayramının mahiyyət və FƏLSƏFƏSİ

Britaniya parlamentində Tovuz döyüşləri müzakirə olunacaq

Türkiyəli hərbçilər Gəncədə - VİDEO

20 məktəbə yeni direktor təyin edildi - SİYAHI

Azərbaycanda Qurban bayramı qeyd olunur

Azərbaycan və Türkmənistan prezidentləri arasında telefon danışığı olub

İlham Əliyevdən Qurban Bayramı ilə bağlı paylaşım - FOTO

"Ermənistan yenidən təxribatlara əl atarsa, cavabı layiqincə veriləcək"

Köhnə nazirlər - Kimlər gedib, kimlər qalıb...

Rayonlara gediş-gəliş bərpa edilir?

Birgə təlimlərdə iştirak edən hərbi qulluqçular üçün Qurban bayramı tədbiri təşkil olunub - VİDEO

Sabaha olan HAVA PROQNOZU