Amerikada azərbaycanlıların birliyini arzulayan xanım

09:18 23-12-2019 | icon 196 | Cəmiyyət
Amerikada azərbaycanlıların birliyini arzulayan xanım

Amerikada 800 minə yaxın soydaşımız məskunlaşıb. Onların arasında milli kimliyini unudanlar da var, özünü Azərbaycanın bir parçası hesab edənlər də. Elələri də var ki, şəcərə baxımından azərbaycanlı olsalar da, Azərbaycan adlı bir ölkənin mövcudluğu onlar üçün heç bir əhəmiyyət daşımır...

 

Deyir ki,- “Mən soydaşlarımın arasında olanda özümü dünyanın ən xoşbəxti sanıram. Ən böyük arzum Amerikadakı azərbaycanlıların birliyidir"...

 

Kübarlığı, yüksək mədəniyyəti, səmimiyyəti, insanpərvərliyi ona həmişə başucalığı gətirib. Paxıllıq, həsəd ruhuna yaddır. Ünsiyyətdə mehriban, necə deyərlər, istiqanlı, zərif xanımdır. İçi gözəllik və sevgi ilə doludur. Ədalətli olmaq onun həyat kredosudur. Nəzakətli davranışdan zövq alır, kobudluğa nifrət edir. Çox zəkalı, saf və təmiz qəlblidir. Dinləməyi bacarır. Çöhrəsindən heç zaman təbəssüm əskik olmur. Son dərəcə həssas insandır. Adamlara dəyər verməyi bacarır...

 

...Atası Vidadi Məmmədov istefada olan polis polkovnikidir. Anası Səmidə xanım evdar qadındır...

 

Bakıda dünyaya gəlib. Orta təhsilini 174 nömrəli məktəbdə başa vurub. Sonra Azərbaycan Dillər Universitetində ingilis-alman dilləri müəllimi ixtisasına yiyələnib. Daha doğrusu, oranı qırmızı diplomla bitirib. Üç il “Bay Bank”da, doqquz il “Britaniya Hava Yolları” şirkətində müxtəlif vəzifələrdə işləyib. 2013-cü ildən ABŞ-ın Kaliforniya ştatında yaşayır. Hazırda “Sinqapur Hava Yolları” şirkətinin Biznes əməliyyatları departamentində çalışır...

 

...Ömür-gün yoldaşı İsmayıl Rüstəmov kimyaçı alimdir. Akademik Musa Rüstəmovun oğludur. Fidan adında bir qızı var. Fidan xanım rəssamdır. Ailəsi ilə birlikdə Bakıda yaşayırlar...

 

İctimai fəaldır. “Kaliforniya-Azərbaycan Dostluq Assosasiyası”na rəhbərlik edir. Azərbaycan naminə gördüyü işləri saymaqla bitməz. Ötən müddət ərzində ölkəmizlə əlaqəli xeyli tədbir həyata keçirib. Onların arasında Qarabağla bağlı olanları da var, milli, rəsmi bayramlarımıza həsr edilənləri də...

 

...Allah öz nurunu ondan əsirgəməyib. Necə ki, daxilən gözəldir, eləcə də zahirən. Bu gözəlliklərin vəhdəti onu daha ecazkar göstərir. Asudə vaxtlarında gül-çiçək əkib, onlara qulluq etməkdən zövq alır. Sanki bununla istirahət edir, qayğıdan, yorğunluqdan uzaq olur. “Mən heç kimin deyiləm, mən dünyaya mənsubam, bilirəm ki, qəribəyəm”- söyləyir...

 

Bəli, Amerikada 800 minə yaxın soydaşımız yaşayır. Haqqında söhbət açdığım Kimiya Məmmədova onların arasında bütün varlığı ilə Azərbaycana bağlı olan insanlardan biridir...

Elman Eldaroğlu
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Rövnəqi, Cahangiri, Əhmədi müzakirə edib qurtarmamış...

Atəşkəs rejimi 34 dəfə pozulub

Rayonlara gediş-gəlişin bərpa oluna biləcəyi TARİX

MÜSTƏQİL DÖVLƏTİN MÜSTƏQİL LİDERİ

Məktəblərin açılması ilə bağlı VACİB AÇIQLAMA

Fırıldaqçıların ən sevdiyi şifrələr

Koronavirusla bağlı SON STATİSTİKA

D vitamini əskikliyindən yaranan 8 xəstəlik

Milli Şuraya Okeanın o tayından da irad bildirildi

Zidan “Real”ı tərk edir?

FAMİL QULAMİ ADLI VƏTƏN

Şəhidin qızı Tərtərin icra başçısına səsləndi

Sərt karantin rejimi yumşaldıldı: 

Dövlət qurumlarında çalışanların işə çağırılması ilə bağlı AÇIQLAMA

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı