İşə qəbul olunmaq istəyən müəllimlərin müsahibəsinə başlanılır

17:49 23-04-2018 | icon 156 | Təhsil
İşə qəbul olunmaq istəyən müəllimlərin müsahibəsinə başlanılır

Ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması üzrə elektron sənədlərin qeydiyyatı başa çatıb.

 

Təhsil Nazirliyindən Versus.Az-a verilən məlumata görə, elektron qeydiyyat http://www.miq.edu.az/muqavile/ saytı vasitəsi ilə həyata keçirilib.

 

Müsahibədə iştirak etmək üçün qeydiyyatdan keçən ümumilikdə 2282 nəfər müəllimdən 763 nəfərinin elektron ərizəsi təsdiq edilib.

Müddətsiz əmək müqaviləsi əsasında işə qəbul olunmaq istəyən müəllimlər üçün müsahibələr Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən keçiriləcək.

 

Müsahibələrdə 2016-2017-ci və 2017-2018-ci tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək zəruri keçid balını toplayan və vakant yerlərdə mövcud qaydalar çərçivəsində müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edə bilər.

Elektron ərizəsi imtina edilmiş müəllimlərin imtina səbəbləri, ərizəsi təsdiq edilən namizədlərin isə müsahibələrinin keçirilmə yeri və tarixi barədə məlumat şəxsi səhifələrinə göndərilib.

 

Müsahibələr aprelin 26-27-də təşkil olunacaq. Müsahibə proqramı və materialları barədə məlumatlar http://www.miq.edu.az/muqavile/ saytında yerləşdirilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni bir Çanaqqaladan keçirik”

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

Pensiyalar artıb

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

ALDP sədrindən müstəqillik təbriki

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Bu məhkumlarla bağlı qanun dəyişir

""Camaat nə deyər?!" prinsipi..."

Hər 100 hamilə qadından 30-u abort etdirir - SOS

Ölən qızın ağzına iri daş qoyulub - SƏBƏB?

İqbal Ağazadə xalqı təbrik etdi