Hafiz Hacıyev Prezidenti təbrik etdi

14:12 24-12-2019 | icon 136 | Siyasət
Hafiz Hacıyev Prezidenti təbrik etdi

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.


Versus.Az
-ın məlumatına görə, təbrikdə deyilir:


"Cənab Prezident, əziz qardaşım, İlham Əliyev!

Sizi doğum gününüz münasibəti ilə təbrik edir, Sizə uzun ömür, cansağlığı arzu edirəm.

Uzun illərdir ki, Sizin yürütdüyünüz siyasət nəticəsində ölkədə mühüm irəliləyişlər əldə olunub. Bu səbəbdən də biz Müasir Müsavat Partiyası olaraq, hər zaman Sizin siyasi kursunuzu dəstəkləyir və Sizi qorumağı özümüzə borc bilirik.

Arzu edirəm ki, hər zaman sağlam olasınız və ölkəmiz üçün daim müsbət işlər görəsiniz. Bir siyasətçi, dövlət adamı üçün ən vacib məsələ xalqın etimadı və sevgisidir. Siz bu etimadı və sevgini qazanmısınız. Bu səbəbdən də biz Sizin yanınızdayıq və Sizə qarşı olan bütün təhdidlərin qarşısını almağa çalışırıq, bundan sonra da çalışacağıq.


Bir daha partiyamız və öz adımdan Sizi təbrik edirəm".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Köhnə nazirlər - Kimlər gedib, kimlər qalıb...

Şimşək, külək, yağış, leysan…

Azərbaycan - Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir - FOTO

Qənirə Paşayevanın vətənpərvərliyini yox, qolunu müzakirə obyektinə çevirənlər…

Operativ Qərargah rayonlara gediş-gəliş qadağası ilə bağlı qərar verdi

Avqustun 31-dək qüvvədə qalacaq -Sərt karantin

Azərbaycanda karantin rejimi yumşaldılır

Azərbaycanda daha 647 nəfər COVID-19-dan sağaldı, 241 nəfər yoluxdu

Koronavirusdan sağalanların sayı 11 milyonu keçdi

“Kökəlmələr, artıq cəkilər uşaqlıqdan başlayır”

“Ximioterapiya xroniki toksaplazmozun müalicəsində effektli deyil”

"Məktəblər 3 növbə sisteminə keçməlidir"

Şəhid Xəyyam Məmmədovun ata ocağı ziyarət edilib

Çılpaq ekstrim həvəskarı çaya baş vurmağa cəhd etdi - VİDEO

DİM rezidentura imtahanında iştirak edəcək şəxslərə müraciət edib