Milad hədiyyəsi böyük sirrin üstünü açdı

08:23 25-12-2019 | icon 69 | Maraqlı
Milad hədiyyəsi böyük sirrin üstünü açdı

Qız Milad bayramı münasibətilə sevgilisini təbrik etmək istəyərkən, təsadüfən böyük bir sirrin üstünü açıb. O, bu hadisəni “Reddit” portalında paylaşaraq, istifadəçilərdən məsləhət istəyib.

 

Bu barədə Lenta.ru xəbər yayımlayıb.

Anonim istifadəçi  bildirib ki, oğlan dostu Den bir dəfə sözarası DNT analizindən keçmək istədiyini deyib. Bayram ərəfəsində də qız ona belə bir imkan vermək istəyib.

 

“Bilirdim ki, məndən belə bir hədiyyə gözləmir. Bu hədiyyə dəqiq onu sevindirəcəkdi. İdeal sürprizdir, elə deyilmi?”, - deyə qız yazıb.

 

Bundan sonra o, DNT ilə bağlı sifariş verib. Bir neçə gündən sonra Denin anası ona hədiyyə seçimi ilə bağlı müraciət edib.

 

“Mən ona DNT testi ilə bağlı danışdıqda, qadının rəngi ağardı və hədiyyə seçimi ilə bağlı onun ad gününə qədər tələsməməyi xahiş etdi. O, bu barədə əri ilə danışmalı olduğunu dedi. Bizim söhbətimiz Denin otağa girməsi ilə yarımçıq qaldı”, - deyə statusun müəllifi bildirib.

 

Səhəri gün qız sevgilisinin anasına yazaraq təfərrüatı öyrənmək istədiyini bildirib. Ana bildirib ki, keçmiş əri sonsuz olduğundan o, başqa donordan süni mayalanma yolu ilə hamilə qalıb.

 

“Bunu Dendən əvvəl öyrəndiyim üçün özümü pis hiss etdim. Axı ona yalan demək istəmirdim. Bu vəziyyətlə bağlı narahatlığımı onun anasına dedim”, - deyə qız əlavə edib.

 

Denin anası bildirib ki, süni mayalanma üsulu ilə dünyaya gələn ikinci oğlu başqa ştatda yaşayır. O, indi onları bir yerə toplamaq və bütün həqiqəti demək üçün uyğun vaxt gözləyir.

 

“O, sirri Denin ad günündə, yəni iyul ayında açıqlamaq istəyir. Ancaq hesab edirəm ki, bunu Yeni ilə qədər etmək lazımdır. Çünki uyğun vaxt heç vaxt olmayacaq. Necə düşünürsünüz, onu tələsdirməkdə haqlıyammı?”

 

İstifadəçilərin çoxu qıza hədiyyə kimi DNT testindən imtina etməsini və valideynləri ilə sevgilisinin münasibətlərinə qarışmamasını tövsiyə ediblər. Lakin hər şeyi sevgilisinə danışmağı tövsiyə edən istifadəçilər də tapılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputat bu gün vəfat edən jurnalistdən YAZDI

Azərbaycanlı Marqarita Simonyan - SEVİNC OSMANQIZI

HƏKİM: “Toksaplazmoz anadangəlmə və qazanılma olur”

İcra Hakimiyyətinin özbaşınalığı və NİZAMİ-7 MMC-yə vurulan zərər

Prezident QURBAN BAYRAMI münasibətilə xalqı təbrik edib

Türkiyə hərbçilərinin təntənəli qarşılanma mərasimi keçirilib - VİDEO

Qənirə Paşayevadan Əkbər Qoşalının şəhid generalla bağlı təklifinə DƏSTƏK

“Alqışlar, Sevinc Osmanqızı, xaricdəki missiyadaşlarından bir xal irəlidəsən”

Pis vəkil, yaxşı vəkil və mükəmməl vəkil...

Karantin rejimi yumşaldılır - Rayonlara gediş-gəlişin bərpası, SMS icazənin ləğvi...

Şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru...

Bu gündən Azərbaycanda Türkiyə ilə birgə genişmiqyaslı hərbi təlimlər başlayır

“Səndən sonra” Təbrizdə - FOTO

Bizim "üçlüy"ümüz...

Britaniya parlamentində Tovuz döyüşləri müzakirə olunacaq