1600 yeni vaqon alınması planlaşdırılır

22:21 23-04-2018 | icon 161 | Sosial
1600 yeni vaqon alınması planlaşdırılır

Azərbaycan daha 1600 yeni vaqon almağı planlaşdırır.

 

Versus.Az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin Tarif siyasəti və marketinq üzrə şöbə rəisi Əli Qasımov deyib. Şöbə rəisi qeyd edib ki, hazırda Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında fəal iştirak edir:

 

"Şərq-Qərb" dəhlizinin bir hissəsi olan Bakı-Böyük Kəsik dəmir yolunun 503 kilometri təmir olunub. 23 stansiyada yeni avadanlıq quraşdırılıb, 3100 yeni vaqon alınıb, əlavə olaraq 50 yeni lokomotiv və 1600 vaqon alınması da planlaşdırılır".

 

Şöbə rəisinin sözlərinə görə, dəmir yolu parkının yenilənməsi, infrastrukturun modernləşməsi və rekonstruksiyası yükdaşımalarda sürəti, təhlükəsizliyi və daha qısa vaxt ərzində yüklərin çatdırılmasını təmin edəcək:

 

"Bu, həmçinin beynəlxalq nəqliyyat dəhlizləri ilə yükdaşımalarını asanlaşdıracaq və daha artıq yükdaşımaları cəlb etməyə imkan verəcək".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili AŞPA-da mədəniyyətlərarası dialoqla bağlı suallar səsləndirib

Himnimizə münasibət – FLƏŞMOB

“Məni agentlikdə ittiham etməklə...”

Partiya sədrindən nazirə açıq məktub

Pensiyalar artıb

Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

SƏM milli dövlətçilik tərəfdarlarını təmkinli davranmağa çağırıb

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ

Bu məhkumlarla bağlı qanun dəyişir

""Camaat nə deyər?!" prinsipi..."