Azərbaycan İlahiyyat İnstitutu Tələbə Elmi Cəmiyyətinin iclası keçirilib

13:03 27-12-2019 | icon 145 | Təhsil
Azərbaycan İlahiyyat İnstitutu Tələbə Elmi Cəmiyyətinin iclası keçirilib

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Tələbə Elmi Cəmiyyətinin (TEC) hesabat iclası keçirilib.

 

İnstitutdan Versus.Az-a verilən məlumata görə, Aİİ rəhbərliyinin, müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə TEC-in məqsəd və gələcək perspektivləri müzakirə olunub.

 

İnstitut rəhbəri Ceyhun Məmmədov bildirib ki, ali təhsil müəssisəsində tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi istiqamətində müxtəlif mövzularda seminarlar, “dəyirmi masa”lar, təlimlər və görüşlər təşkil olunur. Rektor qeyd edib ki, qarşıda duran vacib vəzifələrdən biri tələbələri elmi fəaliyyətə istiqamətləndirmək, bu yöndə onların fəallığına nail olmaqdır.

 

Aİİ rektoru daha sonra qeyd edib ki, TEC-də potensialı yüksək və elmi araşdırmalara marağı olan tələbələrin aşkar edilib elmi aktivliyə cəlb olunması qarşıya qoyulan əsas məqsədlərdən biridir.

 

O bildirib ki, tələbələrin elmi araşdırmaları ilə bağlı məsələlərin operativ həllinə nail olmaq üçün onların professor-müəllim heyəti ilə qarşılıqlı əlaqələrini gücləndirmək xüsusi əhəmiyyət kəsb edir.

 

Tədbir çərçivəsində Aİİ TEC-in sədri Nicat Ehtibaroğlu il ərzində təşkilatın gördüyü işlərdən danışıb. Bildirib ki, təşkilatın üzvləri müxtəlif layihələr üzərində çalışıb, tələbələr üçün müxtəlif görüşlər, seminarlar, “dəyirmi masa”lar təşkil ediblər.

 

Daha sonra tədbir iştirakçılarının səsverməsi ilə Aİİ üzrə TEC-in Şura üzvələri və elmi rəhbəri fəlsəfə üzrə fəlsəfə doktoru dosent Elvüsal Məmmədov seçilib. TEC-in Şura iclasında isə yeni sədr ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Məmmədəli Babaşlı və sədr müavini fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səmədov seçilib.

 

Aİİ-nin müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Məmmədəli Babaşlı iştirakçılara TEC-in gələcək fəaliyyəti və qarşıdakı bir il ərzində nəzərdə tutulan tədbirlər planı haqqında məlumat verib. TEC-in vəzifələri haqqında danışan M.Babaşlı qeyd edib ki, Cəmiyyət tələbələr arasında elmi yaradıcılığın müxtəlif formalarının təbliği, tədqiqatların aparılmasına gənclərin marağının artırılması, onlarda elmi metodların öyrənilməsinə motivasiyanın yaradılması, tədris materiallarının dərindən və mükəmməl olaraq mənimsənilməsinə köməklik göstərilməsi kimi məsələləri öhdəsinə götürür.


Tədbirdə, həmçinin təşkilatın gələcək fəaliyyəti müzakirə olunub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Kökəlmələr, artıq cəkilər uşaqlıqdan başlayır”

“Ximioterapiya xroniki toksaplazmozun müalicəsində effektli deyil”

"Məktəblər 3 növbə sisteminə keçməlidir"

Şəhid Xəyyam Məmmədovun ata ocağı ziyarət edilib

Çılpaq ekstrim həvəskarı çaya baş vurmağa cəhd etdi - VİDEO

DİM rezidentura imtahanında iştirak edəcək şəxslərə müraciət edib

Qəzalı binanın sakinləri Allahın ümidinə qalıb - VİDEO

Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadıldı

Çinin aparıcı həkimləri Bakıda

Yaponlar tərcüməçi-maska hazırladılar - FOTO

713-ün keçmiş döyüşçüləri ŞƏHİDləri ziyarət etdi

Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilir

Ezamiyyələr icaze.e-gov.az portalından alınacaq

Azərbaycanlı dənizçilər Livan hökuməti tərəfindən təxliyyə edildi

Sükutu pozmadan iki milyondan çox baxış qazandı - VİDEO