"Dilqəm və Şahbazın ailə üzvlərinə qovuşmasını istəyirik"

14:19 27-12-2019 | icon 137 | Qarabağ
"Dilqəm və Şahbazın ailə üzvlərinə qovuşmasını istəyirik"

Azərbaycanın işğal altında olan ərazilərində qeyri-qanuni saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycan tərəfə təhvil verilməlidir.

 

Versus.Az xəbər verir ki, bunu "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması"nın rəhbəri Tural Gəncəliyev jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, bununla bağlı dövlətimizin və Xarici İşlər Nazirliyinin konkret mövqeyi var:

"Hamının-hamıya" prinsipi tətbiq olunmalı və girovluqda olan şəxslər dəyişdirilməlidir. Bu da beynəlxalq hümanitar hüququn prinsipidir. Qaldı ki onların ailə üzvləri ilə görüşü, səfərlərlə bağlı məsələyə, biz Dilqəm və Şahbazın işğal olunmuş ərazilərdə girovluqdan azad olunmasını və ailə üzvlərinə qovuşmasını istəyirik. Buna görə də işğalçı Ermənistan onları azad etməlidir. Çünki həmin şəxsləri iradəsinin əleyhinə saxlayırlar və dədə-baba torpaqlarına getdiklərinə görə, qanunsuz həbs ediblər. Əsas məsələ odur ki, Dilqəmlə Şahbaz azad olunmalıdır. Bununla bağlı Azərbaycan dövləti bütün tədbirlər həyata keçirir, biz də iştirak etdiyimiz bütün beynəlxalq tədbirlərdə bu məsələləri qaldırırıq".

 

Qeyd edək ki, ötən gün Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevə ailə üzvlərinin baş çəkəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

 

BQXK-nın Bakı nümayəndəliyindən bildirilib ki, saxlanılmış şəxslərlə bağlı bütün məsələlər tərəflərlə konfidensial ikitərəfli dialoq formasında müzakirə olunur:

“Beynəlxalq Qızıl Xaç Komitəsi neytral vasitəçilik fəaliyyəti çərçivəsində tərəflərin razılığı əsasında, onlara saxlanılmış şəxslərin öz ailələri ilə əlaqələrinin keyfiyyətinin artırılmasında dəstək göstərməyə hazırdır. Komitə mandatı çərçivəsində saxlanılan şəxslərə baş çəkir, həmin şəxslərin saxlanılma şəraitini, onlarla rəftarı yoxlayır və ailələri ilə əlaqə yaratmağa dəstək göstərir”.

 

Qeyd edək ki, son günlər Ermənistan kütləvi informasiya vasitələrində Dilqəm Əsgərov və Şahbaz Quliyevə ailə üzvlərinin baş çəkəcəyi haqda danışıqların aparılması ilə bağlı məlumatlar yayılıb.

 

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı D.Əsgərov və Azərbaycan vətəndaşı Ş.Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Kökəlmələr, artıq cəkilər uşaqlıqdan başlayır”

“Ximioterapiya xroniki toksaplazmozun müalicəsində effektli deyil”

"Məktəblər 3 növbə sisteminə keçməlidir"

Şəhid Xəyyam Məmmədovun ata ocağı ziyarət edilib

DİM rezidentura imtahanında iştirak edəcək şəxslərə müraciət edib

Qəzalı binanın sakinləri Allahın ümidinə qalıb - VİDEO

Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadıldı

Çinin aparıcı həkimləri Bakıda

Yaponlar tərcüməçi-maska hazırladılar - FOTO

713-ün keçmiş döyüşçüləri ŞƏHİDləri ziyarət etdi

Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilir

Ezamiyyələr icaze.e-gov.az portalından alınacaq

Azərbaycanlı dənizçilər Livan hökuməti tərəfindən təxliyyə edildi

Sükutu pozmadan iki milyondan çox baxış qazandı - VİDEO

Təhsil Nazirliyindən yeni tədris ilinin başlaması ilə bağlı AÇIQLAMA