Savaş adamları və jurnalistika üz-üzə

14:44 27-12-2019 | icon 592 | Köşə
Savaş adamları və jurnalistika üz-üzə

Yerdə qalan Azərbaycan mətbuatının tabutu

 

İGİD TEYMURLU

 

Millət vəkilliyinə namizədliyini verən bütün jurnalistlərin menyüsünə: Lütfən, heç kim məndən inciməsin. Çox dəyərli həmkarlar, əgər bu gün bir jurnalist hətta müsahibə götürdüyü siyasətçinin fikirlərini olduğu kimi işıqlandıra bilmirsə, sabah həmin kəs millət vəkili kimi təyin, bəli, məhz təyin olunandan sonra xalqın, seçicinin sözünü parlament tribunasından necə deyəcək!?

 

LÜTFƏN VƏ YENƏ LÜTFƏN, əl çəkin jurnalistikanın alətə çevrilməsindən....

İMKAN VERİN Kİ, layiqli namizədlərin seçilməsi üçün xalq yaranan şansdan istifadə etsin.

ƏKS HALDA tarix sizləri bağışlamayacaq. Oliver Kromvel kimi sümükləriniz lap 300 ildən sonra belə olsa da qəbirdən çıxarılıb DAR ağacından açılacaq...

 

Söz həm də yaş dəri kimi bir şeydi, hara istəsən dartdıqca uzanır.

 

Köşə yazısında “mən” lə danışmaq mətbu prinsiplər baxımından qüsurlu olsa da, Azərbaycanımız naminə o qüsuru da qəbul edib, dəyərli həmkarlarıma yönəli belə bir müraciətdə bulunmuşdum. Həm şəxsinə, həm dünyagörüşünə, həm savadına, həm qələminə çox sayğı bəslədiyim keçmiş iş yoldaşlarım olan xanım və bəy jurnalistlərdən çoxu öz namizədliklərini verib. Namizədliklərini verən jurnalist dostlarım özlərinin də dedikləri kimi “mövzunun onlara da yaxın olduğunu nəzərə alaraq” məsələyə öz münasibətlərini bildirərərək mənimlə razılaşmırlar, bir qismi hətta məni ittiham da edirlər.

 

Olsun, dəyərli həmkarlarımın fikirlərinə tam hörmətlə yanaşıram. Və bu seçki prosesində SAVAŞ ADAMI olaraq Yardımlıdan namizədliyini vermiş APREL QAZİSİ, ehtiyatda olan polkovnik leytenant, Ali Baş Komandan, cənab İlham Əliyev tərəfindən “İgidliyə görə” medalıyla təltif edilən cəsur hərbçimiz XAQANİ CƏFƏROVa, Xətayi rayonundan namizədliyini irəli sürmüş, 54 siyasi qurum rəhbəri arasında yeganə QARABAĞ QAZİSİ olan, ÜMİD Partiyasının sədri, SAVAŞ ADAMI İQBAL AĞAZADƏyə arzuladığım bütün uğurları elə həmkarlarıma da ilətirəm..

 

Sabir Rüstəmxanlı ilə Musa Qasımlının bütövlükdə cəmiyyət, ayrılıqda Yardımlı seçiciləri üçün necə millət vəkili olmaları zatən göz önündə. Və bütün bunların saf-çürük edilməsi ayrı bir mövzunun söhbətidir. Hər iki ziyalımıza yeni seçkilərdı uğurlar diləyirəm. Ancaq indiki durumda Yardımlıdan namizədliyini XAQANİ CƏFƏROV Yardımlı seçiciləri üçün yeni bir siyasətçidir. Dünən hərb meyadnında döyüşürdüsə, bu gün də həmin Döyüş Ruhunu siyasət meydanına gətirmək istəyir. Keçdiyi Döyüş Yolu ilə Xaqani Cəfərov yardımlıların Fəxr Edə Biləcəyi Ünvanlardandır. İndiki durumda jurnalist qardaşların Xaqani Cəfərova opponentlik etmələri xalqın əlinə düşən şansdan qədərində yaralana bilməmələri üçün gedilən gedişdən başqa bir şey deyil... Namizədliklərini verən Qələm Dostlarımın işgüzarlığı, onların hansı çəpərə qədər tam obyektiv olmaları zatən mənə bəlli. Mən bu söhbəti fərdiləşdirmək istəmədiyimdən sözlərimi konkret adlar üzərində qurmuram. Ən azından ona görə ki, qoy bu seçki prosesində bacardıqları və istədikləri formatda öz təbliğatlarını qursunlar. Amma yazdıqlarımı da deyirəm ki, qoy dəyərli seçici də öz seçimini edəndə bu kimi detalları nəzərə alsın. Daha böyük iddialarla çıxış edən samozvanets “mətbu generallar”ın adını fərdiləşdirməklə sözümü deyirəm. Məsələn, Rauf Arifoğlu və Aynur Camalqızı. Biri İqbal Ağazadənin, digərisə səhv etmirəmsə, Tamilla xanım Qulaminin opponenti olmaq istəyir.

 

Bu gün Rauf Arifoğlu İqbal Ağazadənin opponenti olmaq istəyir. Ən azından gülməlidir. Rauf Arifoğlunun siyasi fəaliyyətinə onun verdiyi açıqlamalara keçilən tarixin güzgüsündə baxsaq nələrin şahidi olmarıq ki? Diqqətlə baxaq haa, mən mətbu demədim, Arifoğlunun siyasi fəaliyyəti söylədim. Nədən? Ondan ki, bəli, Azərbaycan mətbuatını birbaşa siyasətin quyruğuna bağlayan Rauf Arifoğlu olub. Azərbaycan mətbuatınını Zərdabi ənənələriylə deyil, məhz siyasət adamlarının iddialarıyla idarə olunmasını, fəaliyyət göstərməsini məhz Rauf Arifoğlu KİV-ə gətirib...

 

AMMA Azərbaycan siyasətinə Döyüş Ruhunu gətirənlərdən biri də və bəlkə də Birincisi elə İqbal Ağazadə olub. Lütfən, burada heç kim mənimlə mübahisə etməsin. Yetər ki, açın “Yeni Müsavat” qəzetinin 1989-cu ildən üzü bu yanakı səhifələrinə də baxın, Milli Məclisin stenoqramlarında hifz olunub saxlanan İqbal Ağazadənin də çıxışlarına da. Azərbaycan mətbuatına söyüş, qarğış, iftira, vasitəyə çevrilmə janrını da Rauf Arifoğlu gətirib. Açın “Yeni Müsavat”la “Azadlıq” qəzetlərinin səhifələrini, bi iki aparıcı qəzetdə müsavatçılarla Əli Kərimlinin rəhbərlik etdiyi Cəbhənin Yurd qanadının aşiqlərinin bir-birinə yönəli ittihamlarına baxın. Müxalif opponentlərə və hakimiyyət nümayəndələrinə qarşı aparılan təbliğatın səviyyəsizliyinə baxın. Heç Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin onlar üçün demədiyi sözləri bu adamlar öz mətbu orqanlarında bir-birinə qarşı söyləyiblər.. AMMA o dönəmdə İqbal Ağazadə haqqında söylənən hədyanlara baxmayaraq partiya sədri kimi, millət vəkili kimi xalqın ümidlərini sönməyə qoymur, əməlinə söykənən çıxışlarında sözünü deməklə raufların ruhumuzu öldürüb, ruhumuzu yandırıb döndərdiyi külümüzün altında qorumuza sahib çıxırdı...

 

YAXUD, elə həmin “Yeni Müsavat” qəzetində “Xocalı sıyqırımını törədən elə azərbaycanlılarrın özü olub” deyən qurumsaq Andreas Qrossa bir müddətdən sonra “demokratiyanın dostu”, “Kişi Adam” adını qoyan Rauf Arifoğlunun o zamankı köşə yazarı olan Aynur Camalqızı idi, indi onun oppqnenti olan Tamilla Qulami yox. Bir zamanlar şəxsinə hörmət bəslədiyim çox dəyərli Əvəz bəy Zeynallı da rəhbərlik etdiyi “Xural” qəzetində o faktları ortaya qoydu...

 

AMMA Şəhid Qızı Tamilla Qulami siyasətə gələndən (və yaxşı ki, siyasətə gəldi bu xanım, yoxsa onu da Rauf Arifoğlu beləcə sındıracaq, öz səviyyəsiz iddialarının yolunda Tamilla Qulamini də bir vasitəyə çevirəcəkdi) sonra gənc olmasına baxmayaraq cəmiyyətə yönəli çıxışlarında sadə elektorat arasında sabaha ümid, dövlətə və millətə qarşı hikkəni, hirsi, inadı sevgiyə çevirməyi bacardı... Dəyərli dostlar, axil hər kəsə bəllidir ki, Azərbaycanda müstəqil mətbuat deyilən bir şey yoxdur, ancaq “müstəqil mətbuat” adı altında bir şəbəkə mətbuatı mövcuddur: hakimiyyətə, müxalifətə və QHT sektoruna işləyən, bəli, məhz işləyən şəbəkə mətbuatı. Heç şübhəsiz ki, mətbuatın belə şəbəkələşməsində kütləvi informasiya vasitələrinin özü-özünü maliyyələşdirə bilməməsi və bu acınacaqlı durumdan maraqlı dairələrin sui istifadə etməsidir. Mənə verdiyi müsahibələrdən birində böyük Söz Ustadı Məmməd İsmayıl söyləmişdi ki, bu gün Azərbaycanda mənəviyyat para hesabına zorlanmaqdadır. Yalanmı!? Ağına bozuna baxmadan hakimiyyət müxalifəti, müxalifət də iqtidarı topa tutmaqda - jurnalistika da bu iki qüvvənin vuran əli, danışan dilnə çevrilib. Kifayət qədər bu konuda apaçıq misal çəkə bilərəm. Ancaq belə çılpaqlığın cəmiyyətimizə müsbətəmeyilli nəsə bir şey verməyəcəyini nəzərə alaraq söhbəti fərdiləşdirmirəm. Bu gün hansı iqtidaryönlü mətbuatda müxalif düşüncəyə yer ayrılır. Yaxud hansı müxalif düşüncəli KİV-də bu hakimiyyətin hansısa müsbət bir keyfiyyəti haqqında danışılır?..

 

Bir qəzetin, bir saytın öz prinsipləri olduğu kimi parlamentin də Azərbaycan gerçəkliyində öz prinsipləri var, mənim çox dəyər verdiyim jurnalist dostlarım. Axı bunu Sizlər məndən daha yaxşı bilirsiniz. Deməliyəm, qoy məni lap bütün Azərbaycan mətbuatı boykot etsin. AZƏRBAYCANIN SAMOZVANETS "MƏTBU GENERALLAR"ı ölkə mətbuatını, jurnalist kadrları öz karyeraları, öz qazancları naminə qurban verdilər. Bir dəfə bunu RAUF ARİFOĞLUNA irad olaraq yazmışdım. Sən necə “general”san ki, sənin əsgərin 10 qəpiklik peraşkiylə gününü keçirir, amma sən ədabazcasına o zamankı Bakı Mətbuat Klubunda vurğulayırdın ki, “mən naharımı hər gün Rauf Talışınski ilə “Lukoyl”un restoranında edirəm?”.. Deyəsən çox acı yazdım. Və bu yazı siyasətçilərin deyil, daha çox jurnalistlərin menyüsünə idi. Və bu söz gəlmişdi ki, mən də dedim. Sözü gətirənsə dəyərli həmkarlar, öz opponentliyinizlə gətirən siz oldunuz. Sözlə piov bişsə, dağ qədər yağı məndən. Bu gün Azərbaycan mətbuatının Tabutu önündə SAVAŞ ADAMLARI ilə JURNALİSTİKA üz-üzə qoyulub. Dəyyərli seçicilər seçim etməmiş lütfən, özünüz seçim edin. Və hər birinizə uğurlar diləyirəm...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Pis vəkil, yaxşı vəkil və mükəmməl vəkil...

Bu gündən Azərbaycanda Türkiyə ilə birgə genişmiqyaslı hərbi təlimlər başlayır

“Səndən sonra” Təbrizdə - FOTO

Bizim "üçlüy"ümüz...

Qurban bayramının mahiyyət və FƏLSƏFƏSİ

Britaniya parlamentində Tovuz döyüşləri müzakirə olunacaq

Türkiyəli hərbçilər Gəncədə - VİDEO

20 məktəbə yeni direktor təyin edildi - SİYAHI

Azərbaycanda Qurban bayramı qeyd olunur

İlham Əliyevdən Qurban Bayramı ilə bağlı paylaşım - FOTO

Azərbaycan və Türkmənistan prezidentləri arasında telefon danışığı olub

Köhnə nazirlər - Kimlər gedib, kimlər qalıb...

"Ermənistan yenidən təxribatlara əl atarsa, cavabı layiqincə veriləcək"

Rayonlara gediş-gəliş bərpa edilir?

Birgə təlimlərdə iştirak edən hərbi qulluqçular üçün Qurban bayramı tədbiri təşkil olunub - VİDEO