Azərbaycan qazının nəqli üçün daha bir boru kəməri inşa ediləcək

09:40 30-12-2019 | icon 141 | İqtisadiyyat
Azərbaycan qazının nəqli üçün daha bir boru kəməri inşa ediləcək

Şimali Makedoniya Azərbaycan qazına çıxış əldə etmək üçün Bolqarıstanla qaz kəməri çəkmək niyyətindədir.

 

Versus.Az-ın "Central European Financial Observer"ə istinadən verdiyi məlumata görə, Şimali Makedoniya və Bolqarıstan ticarət və sənaye palatalarının nümayəndələri Makedoniyanın şərqindəki Strumitsa şəhərini qonşu Bolqarıstanın Petriç şəhəri ilə birləşdirən qaz kəmərinin çəkilməsi təşəbbüsü ilə çıxış ediblər.

 

Təşəbbüs Şimali Makedoniyanın Baş naziri Zoran Zayev və bolqar həmkarı Boyko Borisova təqdim edilib. Layihəni hazırlayacaq və həyata keçirmək üçün vəsait cəlb edəcək ortaq bir müəssisə yaradılması planlaşdırılır. Layihə 20-25 milyon avro dəyərində qiymətləndirilir və başa çatdırılması üçün 3 ay tələb olunacaq.

 

Z.Zayev qeyd edib ki, Strumitsa və Petriç arasında Bolqarıstandan Şimali Makedoniyaya qaz kəməri şəbəkəsi artıq mövcüddür.

 

O, ikinci kəmərin iki ölkə arasındakı ümumi enerji əlaqələrini yaxşılaşdıracağını və hər iki ölkənin Azərbaycan qazının Avropaya nəqlini təmin edən Trans-Adriatik boru kəmərinə (TAP) çıxışını yaxşılaşdıracağını bildirib.

 

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsini TAP boru kəməri təşkil edir. 878 km uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir. Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək, İtaliyanın cənubunda bitir. 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılan TAP-ın ilkin ötürücülük qabiliyyəti 10 milyard kubmetr olacaq. Gələcəkdə əlavə kompressorlar vasitəsilə bu həcmin 20 milyard kubmetrə çatdırılması gözlənilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Kökəlmələr, artıq cəkilər uşaqlıqdan başlayır”

“Ximioterapiya xroniki toksaplazmozun müalicəsində effektli deyil”

"Məktəblər 3 növbə sisteminə keçməlidir"

Şəhid Xəyyam Məmmədovun ata ocağı ziyarət edilib

Çılpaq ekstrim həvəskarı çaya baş vurmağa cəhd etdi - VİDEO

DİM rezidentura imtahanında iştirak edəcək şəxslərə müraciət edib

Qəzalı binanın sakinləri Allahın ümidinə qalıb - VİDEO

Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadıldı

Çinin aparıcı həkimləri Bakıda

Yaponlar tərcüməçi-maska hazırladılar - FOTO

713-ün keçmiş döyüşçüləri ŞƏHİDləri ziyarət etdi

Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilir

Ezamiyyələr icaze.e-gov.az portalından alınacaq

Azərbaycanlı dənizçilər Livan hökuməti tərəfindən təxliyyə edildi

Sükutu pozmadan iki milyondan çox baxış qazandı - VİDEO