Konfutsi İnstitutu Sumqayıt Dünya Məktəbinin sərgisində iştirak edib

10:28 30-12-2019 | icon 251 | Təhsil
Konfutsi İnstitutu Sumqayıt Dünya Məktəbinin sərgisində iştirak edib

Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Xəzər Universiteti - Sumqayıt Dünya məktəbində keçirilən "Elm Şənliyi" adlı sərgidə iştirak edib.

 

Universitetdən Versus.Az-a verilən məlumata görə, sərgi şagirdlərin elmi potensialı və yaradıcılıq qabiliyyətlərini əks etdirmək məqsədi ilə təşkil olunub.

 

ADU Konfutsi İnstitutunun əməkdaşı Nigar Qocayevanın rəhbərliyi ilə Sumqayıt Dünya məktəbində tədris olunan Çin dili kurslarının şagirdləri Çin dili və mədəniyyətini əks etdirən nümayişlər təqdim ediblər. Sərgidə iştirak edən Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı və digərləri ənənəvi Çin çay dəmləmə mərasimini izləyərək Çin çayını dadıblar.

 

Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum gününə əsaslanaraq, Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovun müəllifi olduğu Çin dilində nəşr edilən, Prezident İlham Əliyevin Azərbaycan və Çin arasında ənənəvi dostluq münasibətləri, hərtərəfli əməkdaşlığın möhkəmləndirilməsi və inkişafı istiqamətində fəaliyyətinə həsr olunmuş “İlham Əliyev – iki qədim xalqın dostluğunun müasir davamçısı” adlı kitabı tədbir iştirakçılarına hədiyyə olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“20 sotadək pay torpağı olanlar məşğul hesab olunmasınlar”

“Koronavirusa qarşı mübarizədə müsbət dinamika bizi çox sevindirir”

Andiçmə mərasimlərində valideynlərin iştirakı qadağandır

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 35 dəfə pozub

Rövnəqi, Cahangiri, Əhmədi müzakirə edib qurtarmamış...

Atəşkəs rejimi 34 dəfə pozulub

MÜSTƏQİL DÖVLƏTİN MÜSTƏQİL LİDERİ

Rayonlara gediş-gəlişin bərpa oluna biləcəyi TARİX

Məktəblərin açılması ilə bağlı VACİB AÇIQLAMA

Fırıldaqçıların ən sevdiyi şifrələr

Koronavirusla bağlı SON STATİSTİKA

D vitamini əskikliyindən yaranan 8 xəstəlik

Milli Şuraya Okeanın o tayından da irad bildirildi

Zidan “Real”ı tərk edir?

FAMİL QULAMİ ADLI VƏTƏN