Dollar kreditlərinin bağlanması təklifi

21:00 24-04-2018 | icon 196 | İqtisadiyyat
Dollar kreditlərinin bağlanması təklifi

“Bir müəssisəni sağlamlaşdırırıq, amma nəticədə minlərlə sahibkarı bankrot vəziyyətdə qoyuruq”.

 

Versus.az xəbər verir ki, bunu “Müflisləşmə və iflas haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsində deputat Əlİ Məsimli deyib. O bildirib ki, hər hansı bankın lisenziyası alınırsa sahibkar bundan əziyyət çəkir:

 

“Bu yaxınlarda Şəkidə bir sahibkar belə problemlə üzləşib. “Dəmirbank”ın lisenziyası alınıb və sahibkarın orada olan pulu almasında problem yaranıb. Əgər bankın lisenziyası alınıbsa onu başqa banka keçirsinlər.  Yüzlərlə iş adamının müflis olmasının qarşısını ala bilər. 

İkinci məsələ isə, biz nə vaxt Azərbaycan vətəndaşlarının maliyyə sağlamlığı ilə məşğul olacağıq? 2015-ci ildə səhvlər buraxılmaqla həyata keçirilən devalvasiya nəticəsində xeyli insan ziyan çəkdi. Onlara nə edəcəyik?”.

 

Əli Məsimli deyib ki, bu yaxınlarda prezident vətən uğrunda şəhid olan şəxslərin ailəsinə 11 min manat birdəfəlik pulun ödənilməsi barədə sərəncam imzaladı:

 

“Elə etməyək ki, həmin 11 min manat pul kredit borclarının ödənilməsinə yönəlsin. Təklif edirəm ki, 3 min dollara qədər borcu olan şəhid ailələrin, 150 manat təqaüd alan pensiyaçılarlın banklara olan borcları bağlansın”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili AŞPA-da mədəniyyətlərarası dialoqla bağlı suallar səsləndirib

Himnimizə münasibət – FLƏŞMOB

“Məni agentlikdə ittiham etməklə...”

Partiya sədrindən nazirə açıq məktub

Pensiyalar artıb

Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

SƏM milli dövlətçilik tərəfdarlarını təmkinli davranmağa çağırıb

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ

Bu məhkumlarla bağlı qanun dəyişir

""Camaat nə deyər?!" prinsipi..."