Yumurtanı belə yemək olmaz!

11:00 04-01-2020 | icon 371 | Sağlamlıq
Yumurtanı belə yemək olmaz!

İnsan sağlamlığı üçün ən önəmli protein qaynağı sayılan yumurtanı qızardıb yeyənlər olduğu kimi, soyutmasını yeyənlər də az deyil. Lakin bir çox insanlar soyutma yumurtanı ala-çiy xoşlayırlar.

 
 
Versus.Az Medicina.az-a istinadən xəbər verir ki, yumurtanı ala-çiy yemək təhlükəlidır. Araşdırmalar nəticəsində məlum olub ki, çiy yumurta immunitet sistemi zəif olan insanlarda müxtəlif xəstəliklərə səbəb ola bilir.
 
 
Mütəxəssislərin fikrincə, çiy yumurtanın 2 zərəri var. Birincisi, çiy yumurta orqanizmin B7 vitamini qəbuluna mane olur.
 
İkinci zərər isə belə yumurtanın salmonella mikrobuna səbəb olmasıdır. Xüsusilə, immuniteti zəif olan insanlara çiy yumurtadan salmonella mikrobu daha tez keçə bilir.
 
 
Bəzi insanlar yumurtanı tam bişmədən, ala-çiy ona görə yeyirlər ki, tərkibindəki faydalı maddələr keyfiyyətini itirməsin, ancaq aparılan araşdırmalar nəticəsində məlum olub ki, çiy yumurta ilə bişmiş yumurta arasında bu baxımdan ciddi fərq yoxdur.
 
 
Odur ki, yuxarıda qeyd olunanlarla üzləşməmək üçün soyutma yumurtanı tam bişəndən sonra yemək məsləhət görülür.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Pis vəkil, yaxşı vəkil və mükəmməl vəkil...

Bu gündən Azərbaycanda Türkiyə ilə birgə genişmiqyaslı hərbi təlimlər başlayır

“Səndən sonra” Təbrizdə - FOTO

Bizim "üçlüy"ümüz...

Qurban bayramının mahiyyət və FƏLSƏFƏSİ

Britaniya parlamentində Tovuz döyüşləri müzakirə olunacaq

20 məktəbə yeni direktor təyin edildi - SİYAHI

Türkiyəli hərbçilər Gəncədə - VİDEO

Azərbaycanda Qurban bayramı qeyd olunur

İlham Əliyevdən Qurban Bayramı ilə bağlı paylaşım - FOTO

Azərbaycan və Türkmənistan prezidentləri arasında telefon danışığı olub

Köhnə nazirlər - Kimlər gedib, kimlər qalıb...

"Ermənistan yenidən təxribatlara əl atarsa, cavabı layiqincə veriləcək"

Rayonlara gediş-gəliş bərpa edilir?

Birgə təlimlərdə iştirak edən hərbi qulluqçular üçün Qurban bayramı tədbiri təşkil olunub - VİDEO