"Bu, demokratik inqilab deyil"

16:30 23-04-2018 | icon 95 | Geopolitika
"Bu, demokratik inqilab deyil"

“Bu gün Ermənistanda hərbçilərin, tələbələrin və din xadimlərinin etiraz hərəkatına qoşulması, narazılıq əhval-ruhiyyəsinin getdikcə daha geniş əhali kütlələrini əhatə etməsi Sərkisyanı ən ağılasığmaz üsullara əl atmağa sövq edə bilər. Düzdür, əksər politoloqlar qeyd edir ki, hazırkı situasiyada Sərkisyanın cəmi 2 yolu qalır: ya fövqəladə vəziyyət elan edib, ordunun köməyilə paytaxtda vəziyyəti tam nəzarətə götürmək, ya da ki, istefa verib, öz yerini həm Rusiyanı, həm Qərbi, həm də ki, erməni ictimaiyyətini qane edən başqa bir şəxsə təhvil vermək. Amma siyasətdə kritik vəziyyətlərdən çıxış yolları tapmaq Sərkisyan kimi hiyləgər şəxslər üçün elə də çətin məsələ deyil”.

 

Versus.Az-ın məlumatına görə, bunu Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov İrəvanda səngimək bilməyən mitinq və onun nəticələri barədə açıqlamasında bildirib.

Qeyd edib ki, hazırda Sərkisyanın əlində ən azından, əlavə 2 ehtiyat variant var:

 

“Variantlardan biri budur ki, sabah (aprelin 24-ü) qondarma "erməni soyqırımı"nın 103 illiyi tamam olur. Serj Sərkisyan bu epizodda rəqiblərinin ümumerməniçilik hislərindən yararlanaraq guya ki, milli həmrəylik və konsensus nümayiş etdirmək adıyla tərəfləri sakitləşdirə və bir araya gətirə bilər. Digər variant isə Qarabağda qəfil müharibəyə başlamaq variantıdır. Rusiya mediası da bu variantın üzərində çox dayanır. Hərçənd ki, bu ən az ehtimal olunan variantlardan biridir. Çünki Sərkisyan müharibə "kart"ından əvvəllər də bir neçə dəfə istifadə etməyə cəhd göstərib. Odur ki, erməni cəmiyyəti bu dəfə Sərkisyanın bu hiyləsinə, avantürasına aldanmaq istəməz”.

 

Ə.Hüseynovun fikrincə, indiki halda Sərkisyanı yalnız Putin xilas edə bilər:

 

“Hazırda Sərkisyan rejimini Qərbdən çox məhz Putin sıxır. Etiraz hərəkatı da həm Rusiyanın, həm də Qərbin körüklədiyi "idarəolunan xaos" aksiyasından başqa bir şey deyil. Odur ki, hazırda İrəvan küçələrində baş verən olayları demokratik inqilab adlandırmaq sadəlövlük olardı. Və bu dırnaqarası "inqilab"ın liderlərinin (başda Paşinyan olmaqla) bu gün axşam saatlarına kimi geri çəkilmək ehtimalı və Rusiyanın diktəsi ilə hərəkət etmək perspektivi yüksəkdir. Bütün hallarda son sözü Kreml deyəcək. Sərkisyanın yerinə kim gəlsə, o da elə məcburən Rusiya meylli olacaq. Buna Ermənistanın coğrafi mövqeyi və tarixi-siyasi vəziyyəti məcbur edir. Odur ki, hakimiyyət başına kim gəlsə də fərq etməz, heç bir erməni lideri ermənilərə xas olan iddialardan əl çəkən deyil. Odur ki, biz Ermənistandan törəyə biləcək hər cürə təhlükələrə və pisliklərə hər an hazır olmalıyıq”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni bir Çanaqqaladan keçirik”

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

Pensiyalar artıb

ALDP sədrindən müstəqillik təbriki

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Bu məhkumlarla bağlı qanun dəyişir

Ölən qızın ağzına iri daş qoyulub - SƏBƏB?

İqbal Ağazadə xalqı təbrik etdi

""Camaat nə deyər?!" prinsipi..."

Hər 100 hamilə qadından 30-u abort etdirir - SOS