2019-cu ilin ən yaxşı güləşçiləri

11:13 04-01-2020 | icon 104 | İdman
2019-cu ilin ən yaxşı güləşçiləri

Ümumdünya Güləş Birliyi 2019-cu ilin güləşin üç növündə ən yaxşı idmançılarının adlarını açıqlayıb. 

 

Versus.Az xəbər verir ki, bunlar sərbəst güləşdə Frank Çamiso (İtaliya), yunan-Romada Viktor Lorinç (Macarıstan) və qadınlarda Tamira Mensadır (ABŞ).

 

Maraqlıdır ki, son Olimpiya mükafatçısı və dünya çempionu olan İtaliya millisinin kubalı üzvü Frank Çamiso 2019-cu ildə dünyanın ən güclüsü ola bilməyib.

 

Daha çox Dağıstanda məşq keçən 27 yaşlı Çamiso ötən il Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilmiş dünya çempionatının finalında uduzub. 

 

Bununla belə, 74 kq çəki dərəcəsində güləşən idmançı Rumıniyanın paytaxtı Buxarestdə Avropa çempionu olub.

 

Frank Çamiso reytinqdə 106 xalla dünyanın ən güclüsü olub. 90 xalla Ceydn Koks (ABŞ, -92 kq) ikinci, 88 xalla Qeno Petriaşvili (Gürcüstan, -125 kq) üçüncü yeri tutub.

 

Yunan-Roma güləşində 87 kq-da güləşən Viktor Lorintsin uğuru isə dünya çempionatında gümüş, Minskdə keçirilmiş II Avropa Oyunlarında bürünc medal olub. O, yalnız oktyabrda hərbçilər arasında keçirilmiş Dünya Oyunlarında çempion ola bilib. 

 

Bununla belə, 2017-ci ilin Avropa çempionu 92 xalla dünyanın yunan-Roma güləşində ən yaxşı idmançısı olub. İkinci yeri 88 xalla Sinobu Ota (Yaponiya, -63 kq) tutub. Üçüncü yerə 82 xalla iki güləşçi şərik çıxıb. Bunlar Jan Belenyuk (Ukrayna, -87 kq) və Musa Yevloyevdir (Rusiya, -97 kq).

 

İlin güləşçisi seçilənlərdən yalnız qadınlarda Tamira Mensa 2019-cu ildə dünya çempionu olmağı bacarıb. 68 kq-da yarışan ABŞ təmsilçisi ötən il həm də Pan Amerikan Oyunları və Pan Amerikan çempionatının qalibi olub.

 

Ona görə də o, 108 xalla birinci olmağı bacarıb. İkinci yeri 94 xalla Aysuluu Tınıbəyova (Qırğızıstan, -62 kq), üçüncü sıranı isə 87 xalla Aline Roter Foken (Almaniya, -76 kq) tutub. 

 

Qeyd edək ki, ilin Güləşçisi Mükafatını qazanan qaliblərə 30 min İsveçrə frankı verilir. İkinci yerin sahiblərinə 20 min, üçüncü sıranı tutmuş güləşçilərə isə 10 min frank təqdim olunur. /Oxu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Kökəlmələr, artıq cəkilər uşaqlıqdan başlayır”

“Ximioterapiya xroniki toksaplazmozun müalicəsində effektli deyil”

"Məktəblər 3 növbə sisteminə keçməlidir"

Şəhid Xəyyam Məmmədovun ata ocağı ziyarət edilib

Çılpaq ekstrim həvəskarı çaya baş vurmağa cəhd etdi - VİDEO

DİM rezidentura imtahanında iştirak edəcək şəxslərə müraciət edib

Qəzalı binanın sakinləri Allahın ümidinə qalıb - VİDEO

Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadıldı

Çinin aparıcı həkimləri Bakıda

Yaponlar tərcüməçi-maska hazırladılar - FOTO

713-ün keçmiş döyüşçüləri ŞƏHİDləri ziyarət etdi

Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilir

Ezamiyyələr icaze.e-gov.az portalından alınacaq

Azərbaycanlı dənizçilər Livan hökuməti tərəfindən təxliyyə edildi

Sükutu pozmadan iki milyondan çox baxış qazandı - VİDEO