ELÇİN ALIOĞLU yazır: ETMƏYİN

21:06 05-01-2020 | icon 504 | Köşə
ELÇİN ALIOĞLU yazır: ETMƏYİN

Bu, rəvayət deyil - faktdır

 

General Qasım Süleymaninin xanımına yazdığı son məktub açıqlanıb. General həlak olarsa, doğma Kirman şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunmasını istəyib.

 

Məzarının adi, əsgər dostlarının məzarları kimi sadə olmasını, sinə daşına da sadəcə, "Əsgər Qasım Süleymani" yazılmasını arzulayıb.

 

... Facebookda soydaşlarımın Qasım Süleymani ilə bağlı kəskin mübahisələri, bir-birlərinə çox sərt sözlər yazmaları ürək ağrıdır.

 

Etməyin.

 

Qasım Süleymani mələk deyildi, qəhrəmanımız heç deyildi. İranlını amerikalılar öldürüb. Bu, bizim dərdimiz deyil.

Dərd Süleymaninin ölümünün Azərbaycanda fikirlərdə bölünməyə, parçalanmaya səbəb olmasıdır.

ABŞ və İran kimi iki nəhəngdən hər hansı birinin tərəfini indi tutmaq Azərbaycan üçün çox təhlükəli ola bilər.

ABŞ və İranın öz maraqları var, bizim öz maraqlarımız.

General Süleymaninin qətli bizi üz-üzə qoymamalıdır əsla. İndi əsas vəzifə Yaxın Şərqdə partlayış verəcək olaylardan özümüzü mümkün qədər uzaq tutmaqdır.

 

Yadlara görə özümüzə düşmən kəsilməyək. Düşmənimiz zatən bəlli. İdeologiyamız məlum - azərbaycançılıq. Bu ideologiyadan ötə heç nə ola bilməz - nə din, nə siyasət, nə bir başqa ünsür və ya vəsilə.

 

Və Süleymani barədə bir daha...

Kim idi o - əfsanə, yoxsa qatil?

 

General Qasım Süleymani İranın imperialist-revanşist gücünün simvollarından biri idi.

 

ABŞ İranın "dərin dövlət"inin beynini hədəfə aldı, vurdu. Tehran nə cavab verəcək? İranlı siyasətçilər, generallar "ildırım sürətli qisas"dan, "ağır intiqam"dan bəhs edirlər.

 

Nə olacaq? İran cavab verməyəcək, Tehranın yaratdığı, bəslədiyi və kontrolda saxladığı qruplaşmalar, hərəkatlar aktivləşəcək.

 

ABŞ-ın bölgədəki obyektlərinə, amerikalıların müttəfiqi olan ölkələrdəki strateji məntəqələrə zərbələr endiriləcək.

 

Vuran İran yox, irançı qüvvələr olacaq.

Çünki...

 

General Qasım Süleymani İran siyasətinin dərinliklərində hazırlanaraq bütün bölgəyə atılmış neyron şəbəkələrin kəsişməsində idi.

O, "Pəsdəran"ın, "Hizbullah"ın, "Əl Həşd əş Şəbi"nin, digər təşkilatların və strukturların düşünən beyni idi.

O, Əfqanıstandan tutmuş İraqa, Suriya və Livandan tutmuş Yəmənədək İranın bütün qeyri-rəsmi savaşlarına, gizli əməliyyatlarına, ilhaqlarına başçılıq edirdi.

 

General Süleymaninin ayaq basdığı yerdə qan, kədər və faciələr yaşanırdı.

İranla Səudiyyə Ərəbistanı arasındakı sərinliyin və qarşıdurmanın bu həddə çatmasının səbəbkarlarından başlıcası elə Süleymani idi. "Bütün bunları İran üçün edirəm" söyləməyi sevirdi.

 

Bu səbəbdən şiələrin canlı əfsanəsinə çevrildi.

Amma ərəb aləmində milyonlarla insan Süleymaninin qətlinə sevinir.

 

Suriyada müxaliflərə divan tutan dəstələrə Süleymani başçılıq edirdi.

Hələbi viran qoyan hücumlara o, başçılıq etmişdi.

General Süleymani və dəstələri Suriyada açıq şəkildə Türkiyəyə qarşı vuruşurdu.

O, İran hərbi-sənaye kompleksinin vitrinə çıxardığı populyar sima idi.

 

General Süleymaninin açıqlamaları əslində İranın rəsmi ideoloji mövqeyi idi.

 

İran siyasətçiləri ABŞ və İsrailə lənət oxuyurlar.

Fəqət ABŞ və İsrailin bölgədəki aqressiv siyasəti, bu siyasətilə müsəlmanları özlərinə düşmən etmələri olmasaydı, İran indi Suriyada, Livanda, Yəməndə bunca nüfuza və gücə əsla yiyələnə bilməzdi.

 

Amma hər şeyə rəğmən, Süleymani adi insan deyildi.

O, Qərbin Yaxın Şərqdəki ambisiyalarını darmadağın etməyi bacarmışdı.

Az qala təkbaşına.

Hərblə yanaşı, siyasət dühası idi və bunu danmaq sadəcə, primitivlik olardı.

Milyardlarla dollara nəzarət etsə də, nə özünə, nə ailəsinə bir dollar belə o puldan sərf etmədi.

Bu, rəvayət deyil - faktdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Erməni arvadını əsir götürüb neynəyəcəyik, bizə torpaqlarımız lazımdır”

Kuzey Kıbrıs Türk Cümhuriyətinin tanınması siyasi məsələdir - MÜSAHİBƏ

QAFAR İSKƏNDƏROV YAZIR: Prezidentin fərman və çıxışlarını bu kimi hakimlər saymırlar

Universitetləri və diplomları bütün dünyada tanınan ölkə - MÜSAHİBƏ

Prezidentin və I Vitse-prezidentin Azərbaycan elminin inkişafı ilə bağlı siyasəti uğurlu nəticələrini verməkdədir

Eldar Mahmudovun oğluna Rusiyadan şübhəli pul köçürmələri aşkarlanıb

Azərbaycan tarixində müstəsna rolu olan iki MÜQAVİLƏ

Yağış yağacaq, dolu düşəcək

Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilər təlimlərə ÇAĞIRILIR

XİN şəhid hərbçimizlə bağlı məlumat YAYDI

"Emmi" mükafatının QALİBLƏRİ

“Qarabağın işğaldan azad edilməsi üçün son nəfəsimizə qədər döyüşməyə hazırıq” - BƏYANAT

Qəbul imtahanlarında 640 bal toplayan SƏRİYYƏ ƏLİYEVA

Ordumuz şəhid verib

ABŞ Dövlət katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ