“Oyunu pozan hər zamankı kimi ABŞ-dır”

10:32 06-01-2020 | icon 215 | Geopolitika
“Oyunu pozan hər zamankı kimi ABŞ-dır”

Ramiyə Məmmədova: “Hər iki dövlət başqa dövlətlərin ərazisini seçərək güc göstəricisi edəcək”

 

“İraq Məclisi ABŞ-ın əsgərlərinin və güclərin İraqdan çıxarılmasına gərar verdi. İraq öz dövlətinin poliqona çevrilməsini istəmir və onsuz da çətin olan vəziyyətdən az zərərlə çıxmaq arzusundadır”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında politoloq Ramiyə Məmmədova bildirib.

 

Politoloq qeyd edib ki, general Süleymaninin öldürülməsi Yaxın Şərqdəki vəziyyəti daha da gərginləşdirdi və bütün dövlətlərin bu vəziyyətdən nə ilə üz-üzə galacaqları və gözləyəcəkləri hələ də sual altındadır:

 

“ABŞ və İran durmadan bir-birlərinə təhdid yağdırmaqda davam edir. Trampı öldürənə 80 mln. dollar mükafat veriləcəyini açıq bəyan edilməsi, "ABŞ-a ölüm" şüarlarının galdırılması və əlbətdə ki, bütün İran İslam Respiblikasında bir terrora dəstək verən generalın təmtəraqlı dəfn edilməsi və bu olümün İran ücün ən böyük zərbə kimi qəbul edilməsi artıq ABŞ-İran münasibətlərini elə bir pik nöqtəyə gətirib çıxarıb ki, bu iki dövlət arasındakı münasibətlərin düzəlməsi geyri mümkün görünür. Lakin bunu da geyd etmək lazımdır ki, İran Süleymaninin ölümünü İsrailin sifarişi ilə edildiyini də istisna etmir. Beləki Yaxın Şərqin kabusuna çevrilən bu adam İsrailin və ABŞ-ın bir çox planlarını alt-üst etməyə bacarırdı və onun da ölümü İrana Yaxın Şərqdən uzaqlaşması gərəkdiyi mesajı idi”.

 

Ramiyə xanımın fikrincə, İran bu vəziyyətdən istifadə edərək öz atom gücünü daha da genişləndirəcək, Avropa Birliyinə belə verdiyi vədlərdən çıxmağa hazır olduğunu deyəcək, çünki oyunu pozan hər zamankı kimi ABŞ-dır:

 

“Lakin müharibə ab-havasının yaranmasına baxamayaraq, bu, heç vaxt İran ərazisində birbaşa baş verməyəcək. Əksinə, hər iki dövlət başqa dövlətlərin ərazisini seçərək güc göstəricisi edəcək. Bu da əlbəttə ki, Yaxın Şərqdəki dövlətlərə və İranın yaxın qonşularına böyük riskdir”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Rövnəqi, Cahangiri, Əhmədi müzakirə edib qurtarmamış...

Atəşkəs rejimi 34 dəfə pozulub

Rayonlara gediş-gəlişin bərpa oluna biləcəyi TARİX

MÜSTƏQİL DÖVLƏTİN MÜSTƏQİL LİDERİ

Məktəblərin açılması ilə bağlı VACİB AÇIQLAMA

Fırıldaqçıların ən sevdiyi şifrələr

Koronavirusla bağlı SON STATİSTİKA

D vitamini əskikliyindən yaranan 8 xəstəlik

Milli Şuraya Okeanın o tayından da irad bildirildi

Zidan “Real”ı tərk edir?

FAMİL QULAMİ ADLI VƏTƏN

Şəhidin qızı Tərtərin icra başçısına səsləndi

Bu ölkədə koronavirusun müalicəsinin yeni üsulu tapıldı

Sərt karantin rejimi yumşaldıldı: 

Dövlət qurumlarında çalışanların işə çağırılması ilə bağlı AÇIQLAMA