“Azərbaycan-İran əməkdaşlığı: Əsas istiqamətlər və İmkanlar”

12:00 25-04-2018 | icon 216 | Cəmiyyət
“Azərbaycan-İran əməkdaşlığı: Əsas istiqamətlər və İmkanlar”

Strateji Araşdırmalar Mərkəzinin (SAM) yeni nəşri – “Azərbaycan-İran əməkdaşlığı: Əsas istiqamətlər və İmkanlar” kitabı işıq üzü görüb.

 

Mərkəzdən Versus.Az-a verilən məlumata görə, kitab iki dildə - Azərbaycan və ingilis dillərində nəşr edilmişdir. Layihənin rəhbəri SAM-ın direktoru Fərhad Məmmədov, kitabın elmi redaktorları isə SAM-ın Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Cavid Vəliyev və baş elmi işçi Məsiağa Məhəmmədidir.

 

SAM əməkdaşlarının məqalələrindən ibarət topluda Azərbaycan ilə qonşu İran İslam Respublikası arasında əməkdaşlıq əlaqələrinin başlıca istiqamətləri və potensial imkanları nəzərdən keçirilir.

 

Kitabda ikitərəfli siyasi münasibətlərin hazırkı vəziyyəti və perspektivləri, regional təhlükəsizlik kontekstində və üçtərəfli (çoxtərəfli) formatlarda Azərbaycan-İran əməkdaşlığı, iqtisadi-ticarət, nəqliyyat və tranzit, habelə energetika, mədəniyyət və turizm sahələrində əlaqələrin mövcud durumu və imkanları, eləcə də Xəzər dənizində əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib.

 

Son dörd ildə Azərbaycan-İran iqtisadi və ticarət əlaqələri sürətlə inkişaf edib. İki ölkə arasında ticarət dövriyyəsi yüksəlib, qarşılıqlı investisiya qoyuluşları artmış, birgə istehsal müəssisələri yaradılıb. Nəqliyyat və tranzit sahəsində əməkdaşlıq yaxşı nəticələr verib. Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması təkcə ikitərəfli əlaqələri deyil, bütövlükdə regional əməkdaşlığı yeni səviyyəyə qaldıracaq.

Uzun illər mübahisə predmeti olan Xəzər dənizində birgə fəaliyyət üçün əlverişli perspektivlər açılıb, Xəzərin sülh, əməkdaşlıq və təhlükəsizlik dənizinə çevrilməsi üçün əhəmiyyətli addımlar atılıb. Energetika və neft-qaz sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanlar yaranıb.

 

Mədəni və humanitar əlaqələr iki ölkənin münasibətlərində mühüm yer tutur və ilbəil genişlənir. Eyni zamanda, son illər sürətlə inkişaf edən turizm əlaqələri iki ölkə arasında perspektivli əməkdaşlıq sahələrindən biri sayılır.

Bütün bu mövzular kitabdakı məqalələrdə müfəssəl şəkildə araşdırılmış və iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi və inkişafı üçün müvafiq təklif və tövsiyələr irəli sürülüb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili AŞPA-da mədəniyyətlərarası dialoqla bağlı suallar səsləndirib

Himnimizə münasibət – FLƏŞMOB

“Məni agentlikdə ittiham etməklə...”

Partiya sədrindən nazirə açıq məktub

Pensiyalar artıb

Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

SƏM milli dövlətçilik tərəfdarlarını təmkinli davranmağa çağırıb

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ

Bu məhkumlarla bağlı qanun dəyişir

""Camaat nə deyər?!" prinsipi..."