Məşhur türkiyəli müğənni Bakıdakı evində konsert verir - AÇIQLAMA

17:44 06-01-2020 | icon 151 | Mədəniyyət
Məşhur türkiyəli müğənni Bakıdakı evində konsert verir - AÇIQLAMA

Azərbaycan millətini, onların mehribanlığını çox sevirəm. Çünki insanlarınız bir işi ürəklə, sevgi ilə yerinə yetirirlər. Məsələn, uzun illər Avropada yaşadım. Ancaq orada insanların bu qədər mehriban olduğunu görmədim. Nə vaxta kimi Azərbaycanda qalacağımızı bilmirəm. Amma burada yaşadığım illəri unutmayacağam.

 

Versus.Az Oxu.Az-a istinadən xəbər verir ki, bunu açıqlamasında Türkiyənin məşhur opera müğənnisi Oya Ergün deyib.

 

“Səkkiz ildir Azərbaycanda yaşayıram. Həyat yoldaşım Azərbaycandan gələn iş təklifini altı aylıq qəbul etmişdi. Amma buranı sevdiyimiz üçün qaldıq. Azərbaycanda yaşadığımız üçün xoşbəxtik”, - deyə O.Ergün əlavə edib.

 

Sənətçi bildirib ki, bəzən Azərbaycan dilində danışmaq çətin olur.

“Ancaq başa düşməkdə çətinlik çəkmirəm. İlk gəldiyimiz zaman bir çox sözlərdə əziyyət çəkirdik. Çünki bizim dilimizdə olan sözlərin çoxunun mənası Azərbaycan dilində tam başqa cür olurdu. Cümlələr fərqli başa düşülürdü. İndi isə heç bir problem yoxdur.

Azərbaycana gəldiyim gündən sənətimi burada da davam etdirirəm. Öz şəxsi evimdə hər ay konsertlər verirəm. Özüm də konsertlərdə solist olaraq çıxış edirəm. Ölkənizin tanınmış musiqiçiləri konsertlərimdə iştirak edir. Həmçinin, istedadlı gənclərə də şərait yaradırıq.

Azərbaycandan öncə səkkiz il xaricdə yaşamışam.  Ona görə də uzun illərdir Türkiyədən uzaqdayam. Amma bu ideya Avropada ənənə halını almış bir adətdir. Uşaqlığımdan musiqiçi bir ailədə böyümüşəm. Ona görə də ev konsertlərinə alışmışam”, - deyə opera müğənnisi bildirib.

 

O.Ergün Tofiq Quliyev və Rəşid Behbudovu sevdiyini qeyd edib:

“Azərbaycan musiqilərdən ibarət geniş repertuar hazırlamışam. Hətta sizin musiqilərdən ibarət konsert belə vermişəm. Ən sevdiyim bəstəkar Tofiq Quliyevdir. Qara Qarayev və Üzeyir Hacıbəylinin də musiqilərinə qulaq asıram. Amma ifaçılardan da çoxunu tanıyıram. Rəşid Behbudov isə mənim üçün ən önəmli ifaçıdır. Hətta onun mahnılarından ibarət “Sevgilim” adlı albom hazırlamışam. Müasir müğənnilərinizdən də çoxunu tanıyıram. Kiminsə adını çəksəm, o biriləri inciyə bilər. Çoxu dostumdur”.

 

Məşhur müğənni ən çox ət və göy qutablarını sevdiyini, hətta özünün də bu təamları hazırladığını vurğulayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Kökəlmələr, artıq cəkilər uşaqlıqdan başlayır”

“Ximioterapiya xroniki toksaplazmozun müalicəsində effektli deyil”

"Məktəblər 3 növbə sisteminə keçməlidir"

DİM rezidentura imtahanında iştirak edəcək şəxslərə müraciət edib

Qəzalı binanın sakinləri Allahın ümidinə qalıb - VİDEO

Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadıldı

Çinin aparıcı həkimləri Bakıda

Yaponlar tərcüməçi-maska hazırladılar - FOTO

713-ün keçmiş döyüşçüləri ŞƏHİDləri ziyarət etdi

Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilir

Ezamiyyələr icaze.e-gov.az portalından alınacaq

Azərbaycanlı dənizçilər Livan hökuməti tərəfindən təxliyyə edildi

Sükutu pozmadan iki milyondan çox baxış qazandı - VİDEO

Təhsil Nazirliyindən yeni tədris ilinin başlaması ilə bağlı AÇIQLAMA

75 milyon il əvvəl yaşamış dinozavrda xərçəng aşkarlandı