Avropa çempionatında tam heyətlə çıxış edəcəklər

12:15 25-04-2018 | icon 228 | İdman
Avropa çempionatında tam heyətlə çıxış edəcəklər

30 aprel - 6 may tarixlərində Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçiriləcək.

 

Azərbaycan Güləş Federasiyasından Versus.Az-a verilən məlumata görə, yığmamız qitənin ən mötəbər turnirində tam heyətlə çıxış edəcək.

 

Baş məşqçi Şaban Donatın rəhbərlik etdiyi məşqçilər korpusu Avropa çempionatında Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Emin Muxtarov (67 kq), Rəsul Çunayev (72 kq), Elvin Mürsəliyev, (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abasov (87 kq), Orxan Nuriyev (97 kq) və Türmən Eyyubova (130 kq) şans verəcək.

 

Qeyd edək ki, yunan-Roma güləşçilərinin mübarizəsi 3 gün davam edəcək. Ardınca qadın və sərbəst güləşçilər mübarizəyə qoşulacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni bir Çanaqqaladan keçirik”

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

Pensiyalar artıb

ALDP sədrindən müstəqillik təbriki

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Ölən qızın ağzına iri daş qoyulub - SƏBƏB?

Bu məhkumlarla bağlı qanun dəyişir

İqbal Ağazadə xalqı təbrik etdi

""Camaat nə deyər?!" prinsipi..."

Hər 100 hamilə qadından 30-u abort etdirir - SOS