Çin təqvimi ilə Yeni il

20:12 07-01-2020 | icon 346 | Mədəniyyət
Çin təqvimi ilə Yeni il

Hər kəs, o cümlədən uşaqlar üçün iştirak ödənişsizdir

 

Bildiyimiz kimi, yanvarın 25-də Çin təqvimi üzrə ağ metal siçan ili başlayır. Bu da həmin 12 illik təqvimin ilk ili sayılır.

 

Versus.Az-ın məlumatına görə, bu münasibətlə 10-18 yanvar tarixlərində Azərbaycan Milli Xalça Muzeyində “Çin təqvimi üzrə Yeni il @Bakı” adlı silsilə tədbirlər keçiriləcək.

 

Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə baş tutacaq tədbirdə həftə ərzində Çin ənənəvi sənət nümunələri üzrə ustad dərsləri və mühazirələr təşkil olunacaq.

 

Ecazkar ölkənin müxtəlif mənzərələrindən ibarət foto-sərgi, video-çarx və ənənəvi bayram atributları əsl Çin Yeni ili ab-havası yaşadacaq.

 

Silsilə tədbirlər hər kəs, o cümlədən uşaqlar üçün nəzərdə tutulub və iştirak ödənişsizdir.

Qədim Çin çay mərasimi, fənərlər, ənənəvi açıqcaların ieroqliflərlə yazılması və s. maraqlı ustad dərsləri Bakıdakı Konfusiy İnstitutunun müəllimləri tərəfindən keçiləcək və çin dilindən tərcümədə onlara həmin təhsil ocağının tələbələri kömək edəcəklər. Bu da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” Sərəncamına töhfə olacaq.

 

Qeyd edək ki, Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi və bu ölkənin muzeyləri ilə Azərbaycan Milli Xalça Muzeyi sıx əməkdaşlıq edir. 2019-cu ildə Pekində Çin Milli Muzeyində, daha sonra isə Haynan şəhərində Cənub Çin Dənizi Muzeyində “Ecazkar Asiya – Asiya sivilizasiyaları” (Splendour Asia – Joint Exhibition of Asian Civilization) adlı sərgidə Heydər Əliyev Fondu və Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyalarından Azərbaycan xalçaları və digər dekorativ tətbiqi-sənət nümunələri nümayiş etdirilib. Qürurverici haldır ki, sərgilənən bu nümunələrlə üç milyondan çox insan tanış olub. Bu da Azərbaycan mədəniyyətinin incisi olan xalça sənətinin dünya səviyyəsində təbliği baxımından önəmli hadisədir. Bununla yanaşı, Beynəlxalq Muzeylər Şurasının (ICOM) dəstəyi ilə əməkdaşlarımız mütəmadi olaraq Çin muzeylərində təşkil olunan muzeyşünaslıq üzrə treninq və konfranslarda iştirak edir.

“Çin təqvimi üzrə Yeni il @ Bakı” adlı silsilə tədbirləri də iki ölkə arasında mədəni əməkdaşlıq sahəsində əlaqələrin möhkəmlənməsinə xidmət edəcək.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şimşək, külək, yağış, leysan…

Azərbaycan - Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir - FOTO

Qənirə Paşayevanın vətənpərvərliyini yox, qolunu müzakirə obyektinə çevirənlər…

Operativ Qərargah rayonlara gediş-gəliş qadağası ilə bağlı qərar verdi

Azərbaycanda karantin rejimi yumşaldılır

Avqustun 31-dək qüvvədə qalacaq -Sərt karantin

Azərbaycanda daha 647 nəfər COVID-19-dan sağaldı, 241 nəfər yoluxdu

“Kökəlmələr, artıq cəkilər uşaqlıqdan başlayır”

“Ximioterapiya xroniki toksaplazmozun müalicəsində effektli deyil”

"Məktəblər 3 növbə sisteminə keçməlidir"

Şəhid Xəyyam Məmmədovun ata ocağı ziyarət edilib

Çılpaq ekstrim həvəskarı çaya baş vurmağa cəhd etdi - VİDEO

DİM rezidentura imtahanında iştirak edəcək şəxslərə müraciət edib

Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadıldı

Çinin aparıcı həkimləri Bakıda