Sağlamlıq imkanları məhdud olan gənclərlə görüş

12:38 25-04-2018 | icon 305 | İqtisadiyyat
Sağlamlıq imkanları məhdud olan gənclərlə görüş

Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondu ilə birgə icra olunan “Peşə Tədris Mərkəzinin yaradılması” layihəsi üzrə həmin ölkənin KOASE (Xarici Xidmətlər üzrə Baş Mütəxəssislər) Assosiasiyasının mütəxəssisləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzi ilə tanış olublar.

 

Versus.Az-ın məlumatına görə, koreyalı mütəxəssislərə ölkəmizdə sağlamlıq imkanları məhdud gənclərin peşə təhsili xidmətlərinə də əlçatanlığnın təmin edilməsi üçün inklüziv mühitin yaradılması istiqamətində aparılan işlər barədə məlumat verilib. Həmin gənclərin sosial reabilitasiyası və cəmiyyətə fəal inteqrasiyasına yönələn tədbirlərin bir istiqamətinin də onların əmək bazarına çıxış və məşğulluq imkanlarının dəstəklənməsinə yönəldiyi vurğulanıb. Qeyd olunub ki, 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzi qeyd olunan gənclərin yeni peşələrə yiyələnmələri ilə bərabər, ümumən onların sosial reabilitasiyasında əhəmiyyətli rol oynayır. Mərkəzdə ölkəmizin bütün bölgələrindən sağlamlıq imkanları məhdud gənclər müxtəlif peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunur, həmçinin onların tətbiqi sənət növləri üzrə istedad və qabiliyyətləri burada müvafiq məşğələlər şəraitində təkmilləşdirilir. İndiyədək sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzində 1400 nəfər gənc müxtəlif peşələr üzrə peşə kurslarına cəlb olunub.

Qonaqlar mərkəzdə peşə hazırlığı üçün yaradılmış şəraitlə, gənclərin müxtəlif peşələr üzrə səmərəli peşə hazırlığını təmin etmək üçün aparılan işlərlə, ayrı-ayrı peşələrin tədrisi prosesi ilə yaxından tanış olublar.

Layihənin rəhbəri Chung Pan Dong, layihənin əməkdaşı, “Korea Association of Senior Experts For Overseas Sevice” Assosiasiyasının direktoru Hyung Soon Yun Azərbaycanda dövlət tərəfindən sağlamlıq imkanları məhdud gənclər üçün müasir tələblərə uyğun belə bir mərkəzin yaradılmasının, burada gənclərə səmərəli peşə tədrisi xidmətlərinin göstərilməsinin təqdirəlayiq olduğunu vurğulayıblar.

Mərkəzdəki gənclərin hazırladıqları tətbiqi sənət növləri üzrə əl işləri də qonaqlarda böyük marağa səbəb olub. Koreyalı mütəxəssislər gələcəkdə bu mərkəzlə əməkdaşlığın həyata keçirilməsini diqqətdə saxlayacaqlarını qeyd ediblər.

Gözəl Nəcəfli
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili AŞPA-da mədəniyyətlərarası dialoqla bağlı suallar səsləndirib

Himnimizə münasibət – FLƏŞMOB

“Məni agentlikdə ittiham etməklə...”

Partiya sədrindən nazirə açıq məktub

Pensiyalar artıb

Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

Onları cərimələyəcəklər

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

SƏM milli dövlətçilik tərəfdarlarını təmkinli davranmağa çağırıb

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ

Bu məhkumlarla bağlı qanun dəyişir

Azərbaycanın ilk orqanik şərabı – “Meysəri”