Bakıya yağış, bəzi rayonlara qar yağacaq

13:56 08-01-2020 | icon 141 | Cəmiyyət
Bakıya yağış, bəzi rayonlara qar yağacaq

9 yanvarda gözlənilən hava şəraiti açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Versus.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 6-9, Bakıda gecə 2-4, gündüz 6-8 dərəcə isti olacaq.

 

Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq.

 

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, duman olacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Yolların buz bağlayacağı ehtimalı var.

 

Tibbi-meteoroloji proqnoz

Yanvarın 9-10-da Abşeron yarımadasında tutqun, rütubətli hava şəraitinin və arabir güclənən xəzri küləyinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Rövnəqi, Cahangiri, Əhmədi müzakirə edib qurtarmamış...

Atəşkəs rejimi 34 dəfə pozulub

Rayonlara gediş-gəlişin bərpa oluna biləcəyi TARİX

MÜSTƏQİL DÖVLƏTİN MÜSTƏQİL LİDERİ

Məktəblərin açılması ilə bağlı VACİB AÇIQLAMA

Fırıldaqçıların ən sevdiyi şifrələr

Koronavirusla bağlı SON STATİSTİKA

D vitamini əskikliyindən yaranan 8 xəstəlik

Milli Şuraya Okeanın o tayından da irad bildirildi

Zidan “Real”ı tərk edir?

FAMİL QULAMİ ADLI VƏTƏN

Şəhidin qızı Tərtərin icra başçısına səsləndi

Sərt karantin rejimi yumşaldıldı: 

Dövlət qurumlarında çalışanların işə çağırılması ilə bağlı AÇIQLAMA

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı