Hərbi xidmətin nüfuzunun yüksəldilməsi üzrə qurumlararası birgə tədbirlər planı

13:59 08-01-2020 | icon 194 | Siyasət
Hərbi xidmətin nüfuzunun yüksəldilməsi üzrə qurumlararası birgə tədbirlər planı

Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, eləcə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 2020-2023-cü illər üçün “Cəmiyyətdə, xüsusilə gənc nəsil arasında Azərbaycan Ordusunda hərbi xidmətin nüfuzunun yüksəldilməsi üzrə” birgə tədbirlər planını imzalayıb.

 

Müdafiə Nazirliyindən Versus.Az-a verilən məlumata görə, planda xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan Ordusunun formalaşmasında tarixi fəaliyyətinin və Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzda həyata keçirilən islahatların təbliği, hərbi xidmətin nüfuzunun yüksəldilməsi istiqamətində gənc nəsil arasında hərbi vətənpərvərlik ruhunda kütləvi tədbirlərin, gənclərin milli dəyərlərə, tarixi ənənələrə bağlılığını daha da artırmaq məqsədilə tarixi yerlərə gəzintilərin, tarixi günlərə həsr olunan “dəyirmi masa”ların təşkili, maarifləndirmə və təbliğat işlərinin aparılması və digər məsələlər nəzərdə tutulub.

 

Planlaşdırılan tədbirlərin vaxtında və yüksək səviyyədə həyata keçirilməsinin təmin edilməsi məqsədilə aidiyyəti şəxslər qarşısında konkret tapşırıqlar qoyulub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Pis vəkil, yaxşı vəkil və mükəmməl vəkil...

“Səndən sonra” Təbrizdə - FOTO

Bizim "üçlüy"ümüz...

Qurban bayramının mahiyyət və FƏLSƏFƏSİ

Britaniya parlamentində Tovuz döyüşləri müzakirə olunacaq

Türkiyəli hərbçilər Gəncədə - VİDEO

20 məktəbə yeni direktor təyin edildi - SİYAHI

Azərbaycanda Qurban bayramı qeyd olunur

Azərbaycan və Türkmənistan prezidentləri arasında telefon danışığı olub

İlham Əliyevdən Qurban Bayramı ilə bağlı paylaşım - FOTO

"Ermənistan yenidən təxribatlara əl atarsa, cavabı layiqincə veriləcək"

Köhnə nazirlər - Kimlər gedib, kimlər qalıb...

Rayonlara gediş-gəliş bərpa edilir?

Birgə təlimlərdə iştirak edən hərbi qulluqçular üçün Qurban bayramı tədbiri təşkil olunub - VİDEO

Sabaha olan HAVA PROQNOZU