Qadınlar Ahmet Kuralın filminə baxmaqdan imtina etdi

04:53 09-01-2020 | icon 221 | Şou-biznes
Qadınlar Ahmet Kuralın filminə baxmaqdan imtina etdi

Tanınmış müğənni Sılanın keçmiş sevgilisi aktyor Ahmet Kuralın yeni filmi reytinq qurbanı olub.

 

Versus.Az xarici mətbuata istinadən xəbər verir ki, bir müddət öncə sevgili olan cütlük şiddət səbəbi ilə məhkəməlik olmuşdu.

 

Məşhur cütlük arasında yaranan problemlər aktyorun yeni filminin reytinqinə mənfi təsir edib. Filmin çox az izlənmə səbəbinin Ahmet Kural ilə Sıla arasındakı davam edən məhkəmə ilə bağlı olduğu bildirilib.

 

Bir çox qadın şiddət iddialarına görə “Baba parası” filmini izləməkdən imtina edib.

 

“Box Office” şirkətinin açıqladığı məlumatlara əsasən, yanvarın 1-dən nümayiş olunan Murat Cemcir və Ahmet Kuralın oynadığı film bir həftədə 493 min 355 dəfə izlənilib.

 

Bundan öncəki  “Ailəcək Şaşkınız” filmi isə bir həftədə 680 min 409 dəfə, ümumi olaraq isə 1 milyon 134 min dəfə izlənmişdi.

 

Qeyd edək ki, Ahmet Kural Sılanı döyərək, ona təpik zərbələri endirmiş, daha sonra isə külqabını başına çırpmışdı.

 

Sılanın Ahmet Kural tərəfindən döyülməsi tibbi ekspertiza tərəfindən təsdiqlənib. Sənədlərdə müğənninin sifətində əzilmə, beyin qapağında şiş, üzündə və bədənində göyərtilər olduğu qeyd olunub.

Hazırda keçmiş sevgililərin işi məhkəmədədir. /Oxu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Erməni arvadını əsir götürüb neynəyəcəyik, bizə torpaqlarımız lazımdır”

Universitetləri və diplomları bütün dünyada tanınan ölkə - MÜSAHİBƏ

Prezidentin və I Vitse-prezidentin Azərbaycan elminin inkişafı ilə bağlı siyasəti uğurlu nəticələrini verməkdədir

Eldar Mahmudovun oğluna Rusiyadan şübhəli pul köçürmələri aşkarlanıb

Azərbaycan tarixində müstəsna rolu olan iki MÜQAVİLƏ

Yağış yağacaq, dolu düşəcək

Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilər təlimlərə ÇAĞIRILIR

XİN şəhid hərbçimizlə bağlı məlumat YAYDI

"Emmi" mükafatının QALİBLƏRİ

Qəbul imtahanlarında 640 bal toplayan SƏRİYYƏ ƏLİYEVA

“Qarabağın işğaldan azad edilməsi üçün son nəfəsimizə qədər döyüşməyə hazırıq” - BƏYANAT

Ordumuz şəhid verib

ABŞ Dövlət katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

Prezidentdən mühüm FƏRMAN

Milli Kitabxanada “Beynəlxalq Sülh Günü” - SƏRGİ