Ata uşağını döydü, anası çəkib “Facebook”da yayımladı - VİDEO

05:12 09-01-2020 | icon 164 | Maraqlı
Ata uşağını döydü, anası çəkib “Facebook”da yayımladı - VİDEO

Ukraynalı deputatın oğlunun azyaşlı uşağını döyməsi öz ölkəsində böyük müzakirələrə səbəb olub. Maraqlıdır ki, hadisənin kadrlarını uşağın anası özünün “Facebook” səhifəsində paylaşıb.

 

Bu barədə xəbəri Lenta.ru yayımlayıb.

 

Kadrlarda döyülən uşağın yalvarış səsinə baxmayaraq, atanın döyməyə davam etməsi və bu zaman da “Ağzını yum! Ağzını yum...” deyərək söyməsi görünür.

 

Bildirilir ki, kişi Ukraynada Dnepropetrovsk Regional Şurasının “Müxalifət Bloku”ndan olan deputatın oğlu Viktor Yarovoydur. 

 

Uşağın anası Aleksandra Yarovaya bu anları videoya çəkməyin onun üçün iyrənc hal olduğunu bildirib: “İnsanlar dəyişmir. Oğlumdan üzr istəmişəm artıq. Ümid edirəm ki, məni bağışlayar. Atası Yeni il münasibəti ilə oğlunun yanına gəlmişdi”.

 

Yarovaya son zamanlar əri ilə birlikdə yaşamadığını - davamlı döyülməsi səbəbindən onu tərk etdiyini deyib. Qadın əvvəllər ərinin yalnız ona əl qaldırdığını, ancaq atası ilə danışmaqdan imtina etdikdən sonra oğlunu da döyməyə başladığını vurğulayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əvəz Zeynallının projesi və alça turşusu

“Qalatasaray” yenə uduzdu

Qərbi Azərbaycanlı qaçqınların işi Avropa Məhkəməsinə göndəriləcək

Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq

Mehriban Əliyeva koronavirusa yoluxmuş həkiminin səhhətini nəzarətə GÖTÜRDÜ

Prezident yenidən qurulan yarımstansiyasının açılışında - FOTO

Müəllim olmaq arzusunda olanların NƏZƏRİNƏ

İmtahana hazırlaşan abituriyentlərə MÜRACİƏT

"DİN-in əməliyyatı özəl sektorun vəzifəli şəxslərinə qarşı keçirilir"

Azərbaycan mətbuatı – 145

Xədicə İsmayıldan koronavirusa yoluxma xəbərinə sərt REAKSİYA

Yüz illər öncə tikilmiş hamam zibilliyə çevrilib - FOTO

Karantin postları yenidən QURULDU

Xalq artistinin oğlu vəfat etdi

Heydər Əliyevə tərcüməçilik etmiş lerikli