Qərar qəbul olundu

13:37 09-01-2020 | icon 247 | Cəmiyyət
Qərar qəbul olundu

Azərbaycan Respublikasının Nazirlər Kabineti “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 sentyabr tarixli 189 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Qərar qəbul edib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Versus.Az-a verilən məlumata görə, qərarla “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər”ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifinə əsasən 11-ci hissə olaraq “İnternet informasiya ehtiyatlarının əlilliyi olan şəxslər üçün müyəssərliyinə dair tələblər” əlavə edilib.

 

Həmin hissədə bildirilir ki, əlilliyi olan şəxslərin informasiya ehtiyatlarından səmərəli şəkildə faydalanması və istifadəsi məqsədilə internet informasiya ehtiyatının müyəssərliyi “WCAG (Web Content Accessibility Guideline) 2.1” (Veb Məzmunun Müyəssərliyinə dair Təlimat) beynəlxalq standartına uyğun təmin edilməlidir.

 

İnternet informasiya ehtiyatının müyəssərliyi aşağıdakı tələblərə uyğun olmalıdır: mətn olmayan kontent üçün mətn alternativləri, audio və videokontentlər üçün transkript, altyazılar, böyük şriftlərdən istifadə, şrift seçimi imkanları, rənglərin idarə olunması, simvollararası məsafə təmin edilməlidir; zamanın tənzimlənməsi funksiyasının yaradılması, kontenti oxumaq və istifadə etmək üçün istifadəçilərə kifayət qədər vaxtın təmin edilməsi, proseslərin klaviaturadan idarə olunması mümkünlüyü, animasiyalı şəkillərin deaktiv edilməsi funksiyasının icra olunması, kontentin aydın və ardıcıl olması təmin edilməlidir; oxunaqlı və başa düşülən dildən (üslubdan) istifadə olunmalıdır; kontentin cari və sonradan yaradılan müxtəlif istifadəçi veb-brauzerlər və yardımçı texnologiyalar ilə tam uyğunluğu təmin edilməlidir.

 

Qərarda tapşırılır ki, mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin adından yaradılan publik hüquqi şəxslər dövlət orqanlarının internet informasiya ehtiyatlarının müyəssərliyinə dair tələblərdən irəli gələn vəzifələrin 2020-ci il 1 iyun tarixinədək icra edilməsini təmin etsinlər.

 

Versus.Az

Xəbər lenti

"Dezinformasiyalar ictimai fikri çaşdırmağa xidmət edir"

Əlisahib Hüseynov: "İndi mübarizə təkcə real cəbhədə yox, həm də informasiya məkanında gedir"

"Paşinyan növbəti dəfə Azərbaycan prezidentinin qarşısında məğlub duruma düşdü"

Azərbaycan Prezidentinin “60 dəqiqə”dəki möhtəşəm müsahibəsi

Ermənilər Bərdənin kəndlərini ağır artilleriyadan atəşə tutdu

Ermənilər cəbhə bölgəsində yanğın törədiblər

Erməni təcavüzü nəticəsində 14 mükli sakin ölüb, 46 nəfər yaralanıb

Tonaşendə düşmənin iki tankı məhv edildi - VİDEO

“ASAN xidmət”in 36 əməkdaşı könüllü olaraq ordu sıralarına QOŞULDU

Azərbaycanın tanınmış idmançısı orduya qoşuldu - FOTO

Ordumuzun ələ keçirdiyi düşmən texnikaları ilk dəfə görüntüləndi - VİDEO

Qənirə Paşayeva deputatları maaşlarını orduya bağışlamağa ÇAĞIRDI

Şəhid generalın anasından əsgərlərə ÇAĞIRIŞ

İlham Əliyev və Mehriban Əliyeva yaralı hərbçilərə baş çəkdilər

İrəvanın mərkəzində İlham Əliyevin çıxışı yayımlandı - VİDEO

Fuad Əliyevdən “Bizim Qarabağ” təşviqat xarakterli video-çarx

Azərbaycanlı iş adamı Silahlı Qüvvələrə Yardım Fonduna 20 000 manat vəsait köçürüb

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

“Rusiya əvvəlcə Ermənistanı “başa salmalıdır”

“Azərbaycan Bayrağı” ordenli şəhid Cəbrayıl Cəbrayılovun şəhadət günüdür

Qüdrət Həsənquliyevi qınayanlar da, haqq qazandıranlar oldu

MMP təşkilat sədri müharibə başlayarsa, döyüşə gedəcəyini deyir

"Sərraf və onun bacanağına qarşı məhkəmə prosesi başladı" - VİDEO

Bu gün İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxış edəcək

MMP sədri döyüş bölgəsində olub

Narkokuryerlər şəbəkəsinə rəhbərlik edən 90 yaşlı nənə saxlanılıb

ilk dəfə bədənindəki çapığı göstərdi - FOTO

“Hitleri narkotikə otuzduran həkim” 

Onun təbii görünüşü pərəstişkarlarını heyran qoydu - FOTO

Milyonluq villa məşhurları qarşı-qarşıya gətirdi

Türkiyədən Azərbəyacana dəstək, Ermənistana sərt reaksiya

“Azərbaycanla hədə-qorxu dili ilə danışan bundan peşman olacaq”

Bir sıra kəndlərimiz azad edilib