“Türkiyə demokratik mədəniyyətə, birliyə sahib oluğunu göstərəcək”

15:06 25-04-2018 | icon 234 | Dünya
“Türkiyə demokratik mədəniyyətə, birliyə sahib oluğunu göstərəcək”

Hasan Oktay: "Əks halda, Avropa Birliyi özünə qarşı inam və etibarı itirə bilər"

 

 “Türkiyəyə qarşı bu cür tənqid əsas məqsədini aşmış və həqiqətdən çox uzaqdır. Türkiyə demokratik bir şəraitdə öz seçimini edə biləcək və demokratik mədəniyyətə, birliyə sahib oluğunu göstərəcəkdir”.

 

Bunu Versus.Az-a Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri Hasan Oktay Avropa Şurası Parlament Assambleyasının  (AŞPA) Türkiyənin 24 iyun növbədənkənar prezident seçkilərini təxirə salması ilə bağlı keçirdiyi narahatlığı şərh edərkən bildirib. Onun sözlərinə görə, AK Partiyası Məclisinin Türkiyənin içində bulunduğu mövcud şərtləri nəzərə almadan  aldığı bu qərar çox müzakirəyə səbəb olacaq:

 

“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) "Avropa kriteriyalarına uyğun olmayacağı” səbəbilə Türkiyədə erkən keçirilməsi nəzərdə tutulan 24 iyun seçkilərini təxirə salmaqla bağlı narahatlıqı yersizdir. Strasburqda alınan qərarda bildirilib ki, siyasi partiyalara seçkilərə uyğunlaşmaq və hazırlaşmaq üçün qısa müddət verilib. Həmçinin qərarda seçki qanunvericiliyinin seçki tarixindən üç ay əvvəl dəyişdirilməsinin Venesiya Komissiyasının tövsiyələrinə zidd olduğu xatırladılıb və seçkinin demokratik tələblərə uyğun olmayacağı qeyd olunub.

Seçkiləri demokratiyanın təxirəsalınmaz bir addımı kimi dəyərləndirən Avropa Birliyi iddia edib ki, Türkiyə 15 iyul hadisəsindən sonra demokratiyanın imtiyazını vermədən, AKP ölkənin demokratik vərdişlər üzərindən idarə edilməsini nəzərə almadan, lisey şagirdinin ev tapşırığı hazırlayırmış kimi belə bir qərar alması onun etibarını itirdi”.

 

H.Oktay bildirib ki, Avropa Birliyi və onun orqanları hər hansı bir qərar alarkən ölkənin bütün sosial və siyasi inkişafını nəzərə almalıdır:

 

“Əks halda, AB özünə qarşı inam və etibarını itirə bilər. Türkiyə AKP Məclisinə qarşı olan tənqidləri də nəzərə alaraq, 24 iyunda dünyaya demokratiyanın necə qurulduğunu göstərmək üçün bir seçim edəcək”.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili AŞPA-da mədəniyyətlərarası dialoqla bağlı suallar səsləndirib

Himnimizə münasibət – FLƏŞMOB

“Məni agentlikdə ittiham etməklə...”

Partiya sədrindən nazirə açıq məktub

Pensiyalar artıb

Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

Onları cərimələyəcəklər

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

SƏM milli dövlətçilik tərəfdarlarını təmkinli davranmağa çağırıb

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ

Bu məhkumlarla bağlı qanun dəyişir

Azərbaycanın ilk orqanik şərabı – “Meysəri”