2 ədəd əl qumbarası aşkar edilib

09:08 10-01-2020 | icon 208 | Hadisə
2 ədəd əl qumbarası aşkar edilib

2020-ci il 09 Yanvar tarixində saat 19:02-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 19:12-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Sabirabad rayonu, Xəqani küçəsi 1 ünvanında qazıntı işləri aparılarkən 2 ədəd əl qumbarasının tapılması barədə məlumatlar daxil olub.

 

ANAMA-dan Versus.Az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Sabirabad rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

 

Agentliyin mütəxəssisləri və Sabirabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ünvanda su kanalının kənarına baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd üzərində partladıcısı (UZRQM) olan F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

 

Əl qumbaralarının ətrafında 150 kv.m əraziyə yerüstü, 20 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“20 sotadək pay torpağı olanlar məşğul hesab olunmasınlar”

“Koronavirusa qarşı mübarizədə müsbət dinamika bizi çox sevindirir”

Andiçmə mərasimlərində valideynlərin iştirakı qadağandır

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 35 dəfə pozub

Rövnəqi, Cahangiri, Əhmədi müzakirə edib qurtarmamış...

Atəşkəs rejimi 34 dəfə pozulub

MÜSTƏQİL DÖVLƏTİN MÜSTƏQİL LİDERİ

Rayonlara gediş-gəlişin bərpa oluna biləcəyi TARİX

Məktəblərin açılması ilə bağlı VACİB AÇIQLAMA

Fırıldaqçıların ən sevdiyi şifrələr

Koronavirusla bağlı SON STATİSTİKA

D vitamini əskikliyindən yaranan 8 xəstəlik

Milli Şuraya Okeanın o tayından da irad bildirildi

Zidan “Real”ı tərk edir?

Saxta fars şiəliyi və Azərbaycan