Azərbaycan dilinin yeni orfoqrafiya lüğətinin siqnal variantı nəşr edilib

14:53 10-01-2020 | icon 175 | Cəmiyyət
Azərbaycan dilinin yeni orfoqrafiya lüğətinin siqnal variantı nəşr edilib

Azərbaycan dilinin yeni orfoqrafiya lüğətinin siqnal variantı artıq nəşr edilərək Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutuna təkrar baxış üçün təqdim edilib.

 

Bunu Versus.Az-a institutun direktoru, akademik Möhsün Nağısoylu deyib.

 

Onun sözlərinə görə, yeni orfoqrafiya lüğətinin yanvar ayının sonunda və ya fevral ayının əvvəlində nəşr edilərək ictimaiyyətə təqdim ediləcəyi gözlənilir.

 

M.Nağısoylu əlavə edib ki, yeni lüğətə 2013-cü ildən sonra – son 6 il ərzində dilimizə daxil olan və əvvəlki lüğətdə unudulan 4000-ə yaxın söz daxil edilib. Bu lüğətdə ümumilikdə 97 mindən çox söz var:

"Yeni lüğətdən hazırkı lüğətdə mövcud olan qondarma, ikivariantlı yazılan, çox qəliz olan ərəb, fars sözləri çıxarılıb. Saxladığımız sözlər dilimizdə daha çox qəbul edilən, izahlı lüğətdə verilən sözlərdir. Yeni lüğətə ikivarinatlı sözlərdən dilimizdə daha çox işlək olanı daxil edilib".

 

Qeyd edək ki, Azərbaycan dilinin son orfoqrafiya lüğəti 2013-cü ildə çap edilib.

 

2019-cu ildə Nazirlər Kabineti tərəfindən Azərbaycan dilinin yeni orfoqrafiya normaları təsdiqləndikdən sonra yeni lüğətin hazırlanması və çap edilməsi zərurəti yaranıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Rövnəqi, Cahangiri, Əhmədi müzakirə edib qurtarmamış...

Rayonlara gediş-gəlişin bərpa oluna biləcəyi TARİX

MÜSTƏQİL DÖVLƏTİN MÜSTƏQİL LİDERİ

Məktəblərin açılması ilə bağlı VACİB AÇIQLAMA

Fırıldaqçıların ən sevdiyi şifrələr

D vitamini əskikliyindən yaranan 8 xəstəlik

Milli Şuraya Okeanın o tayından da irad bildirildi

Zidan “Real”ı tərk edir?

FAMİL QULAMİ ADLI VƏTƏN

Şəhidin qızı Tərtərin icra başçısına səsləndi

Sərt karantin rejimi yumşaldıldı: 

Dövlət qurumlarında çalışanların işə çağırılması ilə bağlı AÇIQLAMA

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı

Livan ermənilərinin Dağlıq Qarabağa gətirilməsi cəhdinə RƏSMİ münasibət

Azərbaycan və Türkiyə HHQ-nin qırıcıları təlim-məşq uçuşları keçiriblər - VİDEO