"TOLİKləri, XOŞQƏDƏMləri, ZAURları tarixin arxivinə gömüb..."

14:03 11-01-2020 | icon 3947 | Cəmiyyət
"TOLİKləri, XOŞQƏDƏMləri, ZAURları tarixin arxivinə gömüb..."

Ehtiram Mehtiyev: "Adını "qərbləşmə", "avropalaşma" qoyub iyrənc həyat tərzini zorla bizə sırıya bilməzsiniz"

 

"Hər hansı bir xalqı, dövləti yox etmək üçün onun milli dəyərlərini məhv etmək kifayətdir. Son vaxtlar milli dəyərlərimizə, adət-ənənələrimizə qarşı hücumlar o qədər intensivləşib ki, gələcəyimiz üçün yaxşı heç nə vəd etmək olmur. Hər gün qatı açılmayan iyrənc cinayətlərin şahidi oluruq. Oğul atasını öldürür, əmi qardaşı qızını qaçırır, qız öz evindən oğurluq edir, məktəb direktoru şagirdi intihar həddinə çatdırır, 10 yaşlı uşaq oğurlanıb, təcavüz edilir və daha nələr".

 

Bu sözləri Versus.Az-a açıqlamasında AXCP sədr müavini Ehtiram Mehtiyev deyib.

 

Sədr müavinini fikrincə, bu iyrənc cinayətlərin başında xüsusi missionerlərin gizli və ya açıq şəkildə təbliğatının da az rol oynamadığı şübhəsizdir. E.Mehtiyev hesab edir ki, "sapı özümüzdən olan baltalar" qərbin iyrənc "dəyərlərini" TV, KİV, QHT-lər vasitəsilə təbliğ etməklə xalqımızın ailə dəyərlərini məhv etməyə çalışırlar:

 

"Gənclər həyatda özlərinə yer tapsınlar deyə onlara pis vərdişləri təbliğ edərək, beyinlərini dumanlandırırlar. Adını "qərbləşmə", "avropalaşma" qoyub iyrənc həyat tərzini zorla bizə sırıya bilməzsiniz.

Bütün dövrlərdə öz soykökünə, tarixinə, milli dəyərlərinə, inanclarına qarşı çıxan millətlər müəyyən zamandan sonra məhv olmuş və tarix səhnəsindən birdəfəlik silinmişlər. Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərlərini daim yüksəkdə tutmaq lazımdır. Bunun üçün televizyalardan Tolikləri, Xoşqədəmləri, Zaurları tarixin arxivinə gömüb, onların əvəzinə vətənpərvərliyi təbliğ edən, gəncləri təhsilə istiqamətləndirən intelektual, marifləndirici verlişlər, seriyallar, filmlər çəkilməlidir. Böyük təhlükənin qarşısını yalnız belə almış olarıq".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Rövnəqi, Cahangiri, Əhmədi müzakirə edib qurtarmamış...

Atəşkəs rejimi 34 dəfə pozulub

Rayonlara gediş-gəlişin bərpa oluna biləcəyi TARİX

MÜSTƏQİL DÖVLƏTİN MÜSTƏQİL LİDERİ

Məktəblərin açılması ilə bağlı VACİB AÇIQLAMA

Fırıldaqçıların ən sevdiyi şifrələr

Koronavirusla bağlı SON STATİSTİKA

D vitamini əskikliyindən yaranan 8 xəstəlik

Milli Şuraya Okeanın o tayından da irad bildirildi

Zidan “Real”ı tərk edir?

FAMİL QULAMİ ADLI VƏTƏN

Şəhidin qızı Tərtərin icra başçısına səsləndi

Bu ölkədə koronavirusun müalicəsinin yeni üsulu tapıldı

Sərt karantin rejimi yumşaldıldı: 

Dövlət qurumlarında çalışanların işə çağırılması ilə bağlı AÇIQLAMA