Nərminin qətli ilə bağlı media nümayəndələrinə XƏBƏRDARLIQ edildi

18:21 11-01-2020 | icon 227 | Hadisə
Nərminin qətli ilə bağlı media nümayəndələrinə XƏBƏRDARLIQ edildi

Daxili İşlər Nazirliyi media nümayəndələrinə xəbərdarlıq edib. 

 

Versus.Az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov media nümayəndələrinə müraciət edərək onları fəaliyyətlərini qanunamüvafiq qurmağa, dəqiqləşdirilməmiş, yoxlanılmamış şayiə xarakterli məlumatlardan istifadə etməməyə çağırıb.

 

O bildirib ki, Tovuz rayonunda törədilən qətlin üstünün açılmasına, cinayəti törətməkdə şübhəli bilinən şəxsin müəyyən edilərək tutulmasına, bununla əlaqədar Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən rəsmi məlumatın yayılmasına baxmayaraq, yenə də bəzi xəbər saytları, ayrı-ayrı sosial şəbəkə istifadəçiləri, özlərini hüquq eksperti adlandıran şəxslər dövlətin mötəbər qurumlarının yaydığı rəsmi məlumatı bir kənara qoyaraq, istintaqın başa çatmasını gözləmədən qeyd olunan cinayətlə bağlı öz mülahizələrini, ehtimallarını, orda-burda eşitdikləri ara söhbətlərini heç bir dəqiqləşdirmə aparmadan tirajlayırlar:

 

"Belələri fərqinə varmırlar ki, onlar bu cür uydurma, əsassız məlumatlar yaymaqla ən birinci elə qətlə yetirilən şəxsin ailəsinə, əzizlərinə əlavə mənəvi və psixoloji zərbə vurmuş olurlar. Onlar hansı yolla olursa olsun, oxucu və izləyici auditoriyası çox az olan saytlarına, sosial şəbəkədəki səhifələrinə aldatma yolu ilə oxucu və izləyici cəlb etməkdir ki, bu da həm “KİV haqqında” Qanuna, həm də jurnalist etikasına tamamilə ziddir.

 

Ona görə də DİN-in rəsmisi olaraq süni reytinq qazanmaq üçün öz təxəyyüllərinin məhsulu olan uydurma məlumatları, şayiələri  ictimailəşdirənlərə həm tövsiyə, həm də xəbərdarlıq edirəm ki, ölkəmizdə bərqərar olmuş kütləvi informasiya azadlığından və jurnalist hüquqlarından sui-istifadə etməsinlər. İnsanlara mənəvi ziyan vuran, onlarda dövlətin hüquq mühafizə siyasətinə etimadsızlıq yaratmağa yönəlik qanunsuz əməllərdən çəkinsinlər.

 

Eyni zamanda daxili işlər orqanlarının işgüzar imicinə, nüfuzuna, onun cinayətkarlığa qarşı həyata keçirdiyi əməliyyat-istintaq fəaliyyətinə xələl gətirən, mane olan dəqiqləşdirilməmiş, yoxlanılmamış şayiələrdən, əsassız və uydurma xəbərlərdən istifadə etməsinlər. Əks təqdirdə belə yazıların, xəbərlərin müəlliflərinə və onları yayan KİV vasitələrinə qarşı hüquq müstəvisində, qanunvericiliyin tələblərinə uyğun bütün lazımi tədbirlər görüləcək".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Kökəlmələr, artıq cəkilər uşaqlıqdan başlayır”

“Ximioterapiya xroniki toksaplazmozun müalicəsində effektli deyil”

"Məktəblər 3 növbə sisteminə keçməlidir"

Şəhid Xəyyam Məmmədovun ata ocağı ziyarət edilib

Çılpaq ekstrim həvəskarı çaya baş vurmağa cəhd etdi - VİDEO

DİM rezidentura imtahanında iştirak edəcək şəxslərə müraciət edib

Qəzalı binanın sakinləri Allahın ümidinə qalıb - VİDEO

Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadıldı

Çinin aparıcı həkimləri Bakıda

Yaponlar tərcüməçi-maska hazırladılar - FOTO

713-ün keçmiş döyüşçüləri ŞƏHİDləri ziyarət etdi

Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilir

Ezamiyyələr icaze.e-gov.az portalından alınacaq

Azərbaycanlı dənizçilər Livan hökuməti tərəfindən təxliyyə edildi

Sükutu pozmadan iki milyondan çox baxış qazandı - VİDEO