Məmməd Əmin Rəsulzadənin heykəli ölkədə nəyi dəyişə bilər ki?..

10:20 12-01-2020 | icon 415 | Cəmiyyət
Məmməd Əmin Rəsulzadənin heykəli ölkədə nəyi dəyişə bilər ki?..

Bir ölkənin müstəqilliyinin bərpasından otuz ilə yaxın vaxt keçirsə və hələ də həmin ölkənin banisinin ev muzeyi, fundamental abidəsi məmləkətin görməli yerlərindən birində ucalmırsa, heç də yaxşı hal deyil. Bir xalqın ürəyində yuva qurmuş insanı və onun xidmətlərini necə gizlətmək olar? Səhv etmirəmsə, İosif Stalinin bir deyimi var: "Zamanın küləkləri mənim qəbrimin üstünü zibilxanaya çevirsə belə, bir vaxt gələcək ki, zibillikdən təmizləyib, gülüstana çevirəcək"...

 

Axı bu gün bu baş verməsə də, nə zamansa Məmməd Əmin Rəsulzadənin abidəsi Bakının mərkəzində ucaldılacaq, adına ev muzeyi yaradılacaq. Niyə bunu indi etməməliyik? Niyə bu hadisəni gələcək nəsillər üçün saxlamalıyıq? Cənab Prezidentin bir sərəncamı bəs edir ki, bu baş versin. Guya, bu ölkədə Məmməd Əmin Rəsulzadənin heykəli, ev muzeyi olsa nəyi dəyişəcək ki? Bunun bizim milli ideologiyamıza, dövlət siyasətimizə nə təsiri ola bilər? Əslində, xalq arasında dolaşan dedi-qodulara son qoyulmayacaqmı? Görəsən, bunu faciə kimi qələmə verən adamlar nə düşünür, nəyə əsaslanırlar?..

 

Amerika Birləşmiş Ştatlarına indiyədək 45 prezident rəhbərlik edib. Hər birinin adı hansısa şəhərə, qəsəbəyə, universitetə və s. yerlərə verilib. Hər birinin irili-xırdalı heykəli ucaldılıb. Biz Ayaz Mütəllimovun, Əbülfəz Əliyevin hakimiyyətini bəyənsək, bəyənməsək də onların hər biri bu xalqın tarixində yer alıb. Niyə onların adlarını əbədiləşdirməkdən ötrü bu ölkədə nəsə olmamalıdır? Axı bütün bunların mövcudluğundan kimə nə ziyanı var?..

 

Bizim ölkə gənc olsa da normal, demokratik bir ölkədir. Ortada olan problemlər zaman-zaman öz həllini tapmaqdadır. Və həqiqətən də son illər böyük işlər görülüb. Doğrudur, hər bir ölkədə olduğu kimi, burada da hakimiyyətə gəlmək arzusunda olan narazı qüvvələr var. Amma sirr deyil ki, xalqın böyük əksəriyyəti bu adamlara inanmır, arxasıyca getmir. Mitinqlərdə iştirak edən insanların səsləndirdiyi şüarlara fikir verəndə, onların böyük əksəriyyətinin siyasi deyil, sosial xarakter daşıdığının şahidi olursan. Adamlar yaşamaq üçün iş, uşaq pulu, sığortalı səhiyyə və s. tələblər irəli sürürlər. Bu kimi çağırışlar hər bir ölkədə olur, normal haldır. Və hamı bilir ki, bu problemlərin həlli yolunda xeyli işlər görülüb, görülməkdədir də...

 

Elə düşünməyin ki, dediklərimin arxasında hansısa siyasi maraqlar dayanır. Əsla elə deyil. Sadəcə, vətənini, xalqını, dövlətini sevən bir insan kimi Məmməd Əmin Rəsulzadənin 136-cı ildönümü ərəfəsində düşündüklərimi sizinlə bölüşmək istədim...

 

Elman Eldaroğlu
Versus.Az

Xəbər lenti

"Dezinformasiyalar ictimai fikri çaşdırmağa xidmət edir"

Əlisahib Hüseynov: "İndi mübarizə təkcə real cəbhədə yox, həm də informasiya məkanında gedir"

"Paşinyan növbəti dəfə Azərbaycan prezidentinin qarşısında məğlub duruma düşdü"

Azərbaycan Prezidentinin “60 dəqiqə”dəki möhtəşəm müsahibəsi

Ermənilər Bərdənin kəndlərini ağır artilleriyadan atəşə tutdu

Ermənilər cəbhə bölgəsində yanğın törədiblər

Erməni təcavüzü nəticəsində 14 mükli sakin ölüb, 46 nəfər yaralanıb

Tonaşendə düşmənin iki tankı məhv edildi - VİDEO

“ASAN xidmət”in 36 əməkdaşı könüllü olaraq ordu sıralarına QOŞULDU

Azərbaycanın tanınmış idmançısı orduya qoşuldu - FOTO

Ordumuzun ələ keçirdiyi düşmən texnikaları ilk dəfə görüntüləndi - VİDEO

Qənirə Paşayeva deputatları maaşlarını orduya bağışlamağa ÇAĞIRDI

Şəhid generalın anasından əsgərlərə ÇAĞIRIŞ

İlham Əliyev və Mehriban Əliyeva yaralı hərbçilərə baş çəkdilər

İrəvanın mərkəzində İlham Əliyevin çıxışı yayımlandı - VİDEO

Fuad Əliyevdən “Bizim Qarabağ” təşviqat xarakterli video-çarx

Azərbaycanlı iş adamı Silahlı Qüvvələrə Yardım Fonduna 20 000 manat vəsait köçürüb

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

“Rusiya əvvəlcə Ermənistanı “başa salmalıdır”

“Azərbaycan Bayrağı” ordenli şəhid Cəbrayıl Cəbrayılovun şəhadət günüdür

Qüdrət Həsənquliyevi qınayanlar da, haqq qazandıranlar oldu

MMP təşkilat sədri müharibə başlayarsa, döyüşə gedəcəyini deyir

"Sərraf və onun bacanağına qarşı məhkəmə prosesi başladı" - VİDEO

Bu gün İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxış edəcək

Narkokuryerlər şəbəkəsinə rəhbərlik edən 90 yaşlı nənə saxlanılıb

ilk dəfə bədənindəki çapığı göstərdi - FOTO

“Hitleri narkotikə otuzduran həkim” 

Onun təbii görünüşü pərəstişkarlarını heyran qoydu - FOTO

Milyonluq villa məşhurları qarşı-qarşıya gətirdi

Türkiyədən Azərbəyacana dəstək, Ermənistana sərt reaksiya

“Azərbaycanla hədə-qorxu dili ilə danışan bundan peşman olacaq”

Bir sıra kəndlərimiz azad edilib

Mətbuat Şurasından KİV təmsilçilərinə MÜRACİƏT