Qanaxmanı dayandırır, tərləmənin qarşısını alır

00:36 14-01-2020 | icon 537 | Sağlamlıq
Qanaxmanı dayandırır, tərləmənin qarşısını alır

Palıdın təzə qabığı və qozası qədim zamanlardan dərman vasitəsi kimi istifadə edilib. Palıd qabığında çoxlu aşılayıcı maddələr olduğuna görə bəzi xəstəliklərin müalicəsində əvəzolunmaz faydalı təsirə malikdir.

 
 
Versus.Az Medicina.az-a istinadən xəbər verir ki, palıd qabığı antiseptik, iltihab və mikrobəleyhinə, antioksidant, yarasağaldan təsirinə malikdir. Onun müalicəvi təsiri ənənəvi tibb tərəfindən təsdiq olunub. Bu müalicəvi bitki bir çox xəstəliklər zamanı məlhəm kimi istifadə edilir.
 
 
-Dəridə yaralar, yanıqlar, don vurma zamanı müalicəvi vasitə kimi uğurla sınaqdan keçib. Bunun üçün 1 xörək qaşığı palıd qabığı 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir və islatmalar şəklində istifadə olunur. İshalzamanı palıd qabığı dəmləməsi daxilə qəbul edilir və bağırsaqları yaxşı təsir edir.
 
-Babasil, anal çatlarızamanı palıd qabığı dəmləməsi oturaq vannaları üçün istifadə olunur və çox yaxşı müalicəvi effekt verir - qanaxmanı azaldır, düyünləri kiçildir, iltihabı azaldır.
 
 
-Palıd qabığı dəmləməsi (qarqara şəklində) damaq problemlərizamanı da çox yaxşı kömək edir - damaqları möhkəmləndirir, onların həssaslığını azaldır. Həmçinin palıd qabığı dəmləməsi ağızdan gələn pis qoxunu aradan qaldırır. Palıd qabığı dəmləmələri ağızda stomatitzamanı da çox yaxşı kömək edir.
 
-Uşaqlarda xroniki tonzillitzamanı palıd qabığı dəmləməsi badamcıqları yığır, orada olan məsamələri kiçildir. Lakin onu da nəzərə almaq lazımdır ki, palıd qabığı ilə qarqaralar yalnız badamçıqlarda irin, kəskin iltihab olmadıqda istifadə etmək olar.
 
-Onun vasitəsi ilə ayaq vannaları ayaqlardan gələn pis qoxunu aradan qaldırır, artıq tərləmə ilə mübarizə aparır. Belə vannaları hər gün axşam yatmazdan əvvəl 1 həftə ərzində etmək lazımdır.
 
-Palıd qabığı ginekologiyada da istifadə olunur - uşaqlıq boynu eroziyaları, uşaqlıq yolu iltihabları zamanı.
 
-Palıd qabığı saçlara da çox müsbət təsir edir - möhkəmləndirir, kəpəkdən azad edir.Saçlarınız tökülürsə, yuduqdan sonra saçlarınızı palıd qabığı dəmləməsi ilə yaxalayın. Bunu uzun müddət ərzində etmək lazımdır. 1 l qaynar su üçün 5 xörək qaşığı palıd qabığı götürülür, 30 dəqiqə əzrində dəmlənilir və saçların yaxalanması üçün istifadə olunur.
 
-Bundan başqa mədə qanaxmaları, xoralar, digər qanaxma və mensturasiya zamanı istifadəsi xeyli müsbət təsirə malikdir. Qanaxmalar zamanı 1 xörək qaşığı palıd həlimi 200 qram suya qatılıb gündə 3dəfə 1 xörək qaşığı daxilə qəbul edilir.
 
-1 su və 2 xörək qaşığı palıd qabığından qatı həlim hazırlanır, 1 hissə həlim, 4 hissə kərə yağından hazırlanmış məlhəmlə yanıq -yaralarından xilas olmaq olur. 2 hissə doğranmış palıd qabıqları və 1 hissə qara çinar tumurcuqları, 7 hissə kərə yağından hazırlanmış məlhəmlə yataq yaralarından xilas olmaq olur. Məlhəmi vam odda qaynatmaq və isti-isti sürtmək lazımdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“20 sotadək pay torpağı olanlar məşğul hesab olunmasınlar”

96 yaşında universiteti bitirdi - VİDEO

“Koronavirusa qarşı mübarizədə müsbət dinamika bizi çox sevindirir”

Andiçmə mərasimlərində valideynlərin iştirakı qadağandır

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 35 dəfə pozub

Rövnəqi, Cahangiri, Əhmədi müzakirə edib qurtarmamış...

Atəşkəs rejimi 34 dəfə pozulub

Rayonlara gediş-gəlişin bərpa oluna biləcəyi TARİX

MÜSTƏQİL DÖVLƏTİN MÜSTƏQİL LİDERİ

Məktəblərin açılması ilə bağlı VACİB AÇIQLAMA

Fırıldaqçıların ən sevdiyi şifrələr

Koronavirusla bağlı SON STATİSTİKA

D vitamini əskikliyindən yaranan 8 xəstəlik

Milli Şuraya Okeanın o tayından da irad bildirildi

Zidan “Real”ı tərk edir?