Pərişan Əsədzadənin xəbəri olmadan namizədliyi geri götürülüb

01:19 14-01-2020 | icon 1161 | Cəmiyyət
Pərişan Əsədzadənin xəbəri olmadan namizədliyi geri götürülüb

Pərişan Əsədzadə: “Nə edim, övladlarımı alıb bu ölkəni tərk edim?!”

 

Şəhid Övladları və Kimsəsiz Uşaqlara Yardım ictimai birliyinin rəhbəri Pərişan Əsədzadə növbədənkənar parlament seçkilərində iştirak üçün başladığı imzatoplama prosesində qarşılaşdığı haqsızlıq və qanun pozuntusu ilə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkili (Ombudsman), Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsi və Mərkəzi Seçki Komissiyasına açıq məktubla müraciət edib.

 

Versus.Az Pərişan xanımın həmin müraciətini təqdim edir:

 

“Günlərdir övladlarımla əziyyət çəkirik və bu ilk deyil. 4 il öncə də eyni hadisələr yaşandı, susduq. Amma yetər artıq. Mən daha bir 4 il sonra da bu cür məhv olmağımızı istəmirəm. Övladlarımı düşünən olmadı. “Şərəf və ləyaqətli” oldu hər kəs. Hər gün çirkab yazılarınızı oxudu övladlarım. Çox heyif ki, buna səbəb balalarımın öz əzizləri oldu.

 

Bir böhtanla başladı və hər kəs ucundan tutub getdi. İki övladı, qadını düşünən olmadı. Övladlarım sizin içinizdəki kinin altında əziləcək deyə düşünmədiniz. İndiyə qədər heç kimdən nəsə tələb, xahiş etmədim.

Bəzi KİV nümayəndələri yıxdı, sürüdü. Saxta profil açıb, haqqımda şayiələr yazdınız. Videoda demədiyim sözləri rəylərdə yazdınız. Nə tez unutdunuz kimin ailəsi olduğumuzu?

Şərəfdən danışarkən əcəba düzmü deyildi? Bəs “bu övladlar yazdıqlarımızı oxuyur axı, görəsən düzmü edirik”, "bir dəfə bu insanların qapısını döyüb “nəyə ehtiyacın var" soruşduqmu”, “günlərdir bu uşaqlar dərsə getmir, biz hansı yalanlara uyduq?" dedinizmi? Deyilmədi!

 

O zaman indi mən deyirəm. Bizim şərəf və layaqətimizə verilən zərərə susmayın. Bu gün övladım ilə Ombudsmana müraciət etdim. Qarşılığında isə Səbinə xanıma deyilmədən "Siz ərizə yazın, sonra baxacağıq" cavabını aldım. Bəlkə də qəbul edəcəkdi, amma deyilmədi. Daha sonra Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsinə müraciət etdik, "iki həftə zamanımız yoxdur, üçüncü həftə gəl" dedilər.

O qapıdan geri qaytardığınız insanlar üç gün sonra bu dünyada olmaya bilər. Son qoyun bu haqsızlığa! Nə edim mən? Övladlarımı alıb bu ölkəni tərk edim? Ən azından bilərəm öz ölkəmdə deyiləm, haqsızlıqla üzləşirəm. Niyə Mehriban xanıma səsimizi çatdırmırlar?

Ağzınıza gələni yazmayın, o övladlar Təbrizindir. İnsanları intihara sürükləməyin! Və son bir həftədə başıma gələn bütün haqsızlığa qarşı dəstək istəyirəm. Mən bu vətən üçün az da olsa bir şeylər etdim. Niyə susdunuz? Mən şəhid analarına yardım etdim, şəhid övladına yardım etdim, kimsəsizlırə ana oldum, küçədəki uşaqları evimə aldım, saxladım. Şiddətə məruz qalmış qadınlara yardım etdim. Şəhid, qazi balalarına təmənnasız təhsil verdim. Əsgərlər üçün səngərlərə getdim. Şəhid xanımlarının işlə təmin edilməsinə yardım etdim. Azmı iş görmüşəm mən? Azmı bu vətən, bu torpaq üçün çalışıram? Sizlər nə etdiniz? Mən haqqım olanı istəyirəm. Bu vətən üçün iki oğul, iki əsgər yetişdirirəm. Hansı ki, bu gün qapıdan qaytardılar. Şərəf və ləyaqətimə olunan haqsızlığa dəstək istəyirəm. Qadın kimi, ana kimi...

Mən Pərişanlara dəstək istəyirəm.

 

Bu həftə mənə və övladlarıma olunmayan haqsızlıq qalmadı!

36 saylı Xətai Dördüncü Seçki Dairəsindən namizədliyimi irəli sürdüm. İmza vərəqlərini götürdüm və imza toplamağa başladıq. 36 saylı dairənin hüdudlarını soruşduq ki, ərazi olaraq, uşaqlar hansı küçələrdə imza toplayacağını dəqiqliklə bilsin. Dairədən sanki kiminsə evini göstərirmiş kimi "Düş burdan, çıx, Zığdan" dedilər. Halbuki tamam başqa küçələr də vardı siyahıda. Şəhid övladları, birliyin işçiləri və qazilər ilə... İki gündən sonra vərəqlərin nüsxə (kserekopiya) olduğunu anladıq. Dairəyə zəng vurdum və "eybi yoxdur, narahat olmayın, ona imza atdıra bilərsiniz" dedilər. Uzun bir mübahisədən iki gün sonra vərəqləri qaytarıb yeniləri ilə əvəz etdik və yenə imzaya başladıq, amma çox gecikərək... Bu dəfə insanlar imza atarkən soruşdular ki, “niyə möhür yoxdur, saxta sənəddir?” Bu dəfə namizədliyini verniş digər bir şəxsə göstərdik və dedi ki, möhür hər birinə vurulmalı idi. Bəli, orda üst vərəqə möhür vurub arasına 9 möhürsüz imza vərəqini qoyub vermişdilər mənə... Buna da bir neçə gün zaman getdi. Daha sonra möhürlü vərəqləri götürüb imzaya başladıq (artıq çox gec idi). Səhəri məlum olaylar baş qaldırdı. Çirkab hadisənin içində mənə zəng vurub dedilər ki, “Pərişan xanım sizin adınız partiyanın adı ilə gedib MSK-ya”. Dairəyə getdim və sədrdən tələb etdim. Bitərəf, öz təşəbbüsümlə verdiyim halda niyə partiya adı ilə gedib? Düzəldəcəyini, yalnışlıq olduğunu dedi. Və sonra zəng vurub deyirlər ki, “öz istəyinlə namizədliyini geri götürmüsən?” Dedim, yox...

 

İndi sual ünvanlayıram:


- Mən rəsmi halda özüm imtina etmədiyim müddətcə niyə mənim adımdan bu cür qeyd aparılıb?

- Nə səbəbə mənə saxta imza vərəqi verildi?

- Nə səbəbə mənə möhürsüz imza vərəqi verildi?

- Nə səbəbə mənə qarşı bu cür kampaniya başlatdınız və burda kimlərdənsə istifadə etdiniz?”

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Rövnəqi, Cahangiri, Əhmədi müzakirə edib qurtarmamış...

Atəşkəs rejimi 34 dəfə pozulub

Rayonlara gediş-gəlişin bərpa oluna biləcəyi TARİX

MÜSTƏQİL DÖVLƏTİN MÜSTƏQİL LİDERİ

Məktəblərin açılması ilə bağlı VACİB AÇIQLAMA

Fırıldaqçıların ən sevdiyi şifrələr

Koronavirusla bağlı SON STATİSTİKA

D vitamini əskikliyindən yaranan 8 xəstəlik

Milli Şuraya Okeanın o tayından da irad bildirildi

Zidan “Real”ı tərk edir?

FAMİL QULAMİ ADLI VƏTƏN

Şəhidin qızı Tərtərin icra başçısına səsləndi

Bu ölkədə koronavirusun müalicəsinin yeni üsulu tapıldı

Sərt karantin rejimi yumşaldıldı: 

Dövlət qurumlarında çalışanların işə çağırılması ilə bağlı AÇIQLAMA