Lamiyə Rzayeva: “Ölkəmizdə sosial işlə bağlı yanlış yanaşma var”

20:34 25-04-2018 | icon 519 | Sosial
Lamiyə Rzayeva: “Ölkəmizdə sosial işlə bağlı yanlış yanaşma var”

 

“İnsanlar SOSİAL İŞ və işçinin nə olduğunu, eləcə də hansı hallarda yadım edə biləcəyini bilmirlər”.

 

Bunu Versus.Az-a Azərbaycan Sosial İş İctimai Birliyinin icraçı direktoru Lamiyə Rzayeva bildirib:

 

“Çoxları sosial işçi funksiyasının insanların həyatını necə yaxşılaşdıra biləcəyindən xəbərsizdir. Cəmiyyətimiz hələ də “sosial işçi”-ni əlilliyi olan şəxslərə, evlərdə ahıllara xidmət göstərən insanlara yardım edən şəxs kimi nəzərdə tuturlar. Bu tamamilə yalnış fikirdir. Unutmamalıyıq ki, biz SOSİAL İŞÇİ statusunu almaq üçün ilk öncə bakalavr təhsili almalıyıq”.

 

 L.Rzayeva qeyd edib ki, bu gün universitetlərdə Sosial işlə bağlı təhsil verən ixtisaslar olsa da, burda keyfiyyətli təhsilin verilməməsi əsas problemlərimizdən biridir:

 

“Bu təhsil qlobal standartlara uyğun olmadığı üçün sosial iş sahəsində təhsil alan gənclər lazımı bilik və bacarıqlara yiyələnə bilmirlər. Bu problem onların işə qəbul olunma prosesində çətinliklər yaradır’’.

 

Ölkəmizdə sosial işin yeni olduğunu bildirən L.Rzayeva, hələ də insanların sosial işçiliyin öz istəklərindən asılı olduğunu düşünmələrini yanlış hesab edib:

 

“Sosial xidmət haqqında qanunda da qeyd olunub ki, sosial işçilər minimum sosial iş üzrə bakalavr dərəcəsinə sahib şəxslər olmalıdır. Ümid edirəm ki, zamanla bu problemlər həll olunacaq”.

 

Təbiət Kamil
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili AŞPA-da mədəniyyətlərarası dialoqla bağlı suallar səsləndirib

Himnimizə münasibət – FLƏŞMOB

“Məni agentlikdə ittiham etməklə...”

Partiya sədrindən nazirə açıq məktub

Pensiyalar artıb

Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

Onları cərimələyəcəklər

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

SƏM milli dövlətçilik tərəfdarlarını təmkinli davranmağa çağırıb

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ

Bu məhkumlarla bağlı qanun dəyişir

Azərbaycanın ilk orqanik şərabı – “Meysəri”