MSK bələdiyyə seçkilərinin yekunlarını elan edib

18:21 16-01-2020 | icon 299 | Siyasət
MSK bələdiyyə seçkilərinin yekunlarını elan edib

Mərkəzi Seçki Komissiyası 23 dekabr 2019-cu il tarixdə keçirilmiş bələdiyyə seçkilərinin yekunlarını elan edib.

 

Versus.Az xəbər verir ki, Seçki Məcəlləsinin 241-ci maddəsinə əsasən, MSK seçkilər günündən başlayaraq ən geci 25 gün müddətində Azərbaycan Respublikası üzrə bələdiyyə seçkilərinin yekunlarını elan etməlidir.

 

Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, bələdiyyə seçkilərinin yekunları, bələdiyyələr üzrə seçilmiş namizədlərin siyahısı "Azərbaycan" qəzetinə əlavədə dərc olunub.

 

Qeyd edək ki, yanvarın 11-də MSK 2019-cu il dekabrın 23-də 118 seçki dairəsi üzrə 1606 bələdiyyəyə keçirilmiş seçkilərin yekunları ilə bağlı qərar qəbul edib. Bələdiyyə seçkiləri ölkə üzrə 5049 seçki məntəqəsində keçirilib. Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan rayonlarını əhatə edən 7 seçki dairəsi istisna olmaqla 118 seçki dairəsi üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçilməli idi. Seçkilərdə 13 siyasi partiya iştirak edib, 41 462 namizəd qeydiyyata alınıb. Səs vermək hüququna malik 4 976 858 seçicinin adı seçici siyahısına daxil edilib. Seçki məntəqələrində seçici fəallığı 32.69% faiz olub (səsvermə hüququna malik 4 976 858 seçicidən 1 626 910 nəfəri səs verib.  MSK-nın təsdiqlədiyi protokola əsasən, 9  bələdiyyədə seçkinin nəticələrinin ləğv edilib (65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsində Varxan bələdiyyəsi, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsində Ağdaş bələdiyyəsi, 80 saylı İmişli-Beyləqan seçki dairəsində Boşçağlar bələdiyyəsi, 81 saylı Beyləqan seçki dairəsində Təzəkənd, Milabad bələdiyyələri, 82 saylı Ağcabədi seçki dairəsində Şənlik bələdiyyəsi, 86 saylı İsmayıllı seçki dairəsində Tağlabian bələdiyyəsi, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsində Əmirli, 89 saylı Göyçay-Ağdaş seçki dairəsində Xosrov bələdiyyəsi), 39 seçki məntəqəsi üzrə seçkinin nəticələri etibarsız sayılıb. Yol verdiyi nöqsanlara görə 12 məntəqə seçki komissiyası buraxılıb. Bunlar 22 saylı Nəsimi II seçki dairəsi üzrə 5,6, 7 saylı, 23 saylı Nəsimi-Səbail seçki dairəsi üzrə 9 saylı, 24 saylı Nizami I seçki dairəsi üzrə 3,4 saylı, 61 saylı Neftçala seçki dairəsi üzrə 14 saylı,  69 saylı Cəlilabad-Masallı seçki dairəsi  üzrə 8, 10 saylı, 84 saylı Füzuli seçki dairəsi  üzrə 4 saylı, 111 saylı Zaqatala-Balakən seçki dairəsi  üzrə 3 saylı, 119 saylı Ağdam kənd seçki dairəsi  üzrə 13 saylı məntəqə seçki komissiyalarıdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Köhnə nazirlər - Kimlər gedib, kimlər qalıb...

Şimşək, külək, yağış, leysan…

Azərbaycan - Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir - FOTO

Qənirə Paşayevanın vətənpərvərliyini yox, qolunu müzakirə obyektinə çevirənlər…

Operativ Qərargah rayonlara gediş-gəliş qadağası ilə bağlı qərar verdi

Avqustun 31-dək qüvvədə qalacaq -Sərt karantin

Azərbaycanda karantin rejimi yumşaldılır

Azərbaycanda daha 647 nəfər COVID-19-dan sağaldı, 241 nəfər yoluxdu

Koronavirusdan sağalanların sayı 11 milyonu keçdi

“Kökəlmələr, artıq cəkilər uşaqlıqdan başlayır”

“Ximioterapiya xroniki toksaplazmozun müalicəsində effektli deyil”

"Məktəblər 3 növbə sisteminə keçməlidir"

Şəhid Xəyyam Məmmədovun ata ocağı ziyarət edilib

Çılpaq ekstrim həvəskarı çaya baş vurmağa cəhd etdi - VİDEO

DİM rezidentura imtahanında iştirak edəcək şəxslərə müraciət edib