“Dövlət uşaqlara sahib çıxmalıdır”

19:01 16-01-2020 | icon 392 | Cəmiyyət
“Dövlət uşaqlara sahib çıxmalıdır”

Razi Nurullayev: “"Uşaqpulu niyə verilməlidir" zərurətini açıqlayıram”

 

“Bildiyiniz kimi ayda bir neçə dəfə bununla bağlı danışıram. Bu dəfə isə "niyə mütləq şəkildə verilməlidir" məsələsinə aydınlıq gətirdim. Bütün ailələrə “uşaqpulu”nun, hər doğulan uşağa görə birdəfəlik müavinətin verilməsi və 3 yaşa kimi körpələrin dövlət hesabına qidalanması vətəndaşlarımızın ən böyük istəyi və gözləntisidir”.

 

Versus.Az xəbər verir ki, bunu uşaqpulu ilə bağlı açıqlamasında AXCP sədri Razi Nurullayev bildirib.

 

Partiya sədri qeyd edib ki, sosial statusuna fərq qoyulmadan bütün ailələrin - istər varlı, istər kasıb - böyütdükləri uşaqlara görə “uşaqpulu” alması zərurətdir:

 

“Çünki uşaqlar kasıb və varlı ailədə böyüməsindən asılı olmayaraq, dövlətin sərvəti və gələcəyidir. Dövlət bununla sanki öz sərvətinə, gələcəyinə kiçik də olsa, investisiya yatırımı edir və lazım gələndə onu həm də mənəvi haqqla vətən uğrunda ölməyə dəvət etməlidir. Bu zərurət nədir? Oğullarımız vətən uğrunda döyüşə gedir, şəhid olur, vətənin keşiyində dayanır, ölkə rəhbərliyinin çağırışı ilə ölkəmizin müstəqilliyinin daim qorunmasında xidmət göstərir, lazım gələndə düşmən qüvvələrə güc nümayiş etdirir. Doğulan qız uşaqlarımız isə gələcəyin qəhrəmanlarının anası, bacısı və həyat yoldaşıdır. Ana-bacılarımız igid övladlarımızın döyüş ruhu, yenilməzliyi, ilham mənbəyidir. Bu gün isə elə vətəndaşlarımız var, deyir ki, hökumət mənim övladım üçün nə edib, onu əlimdən alıb apardı və övladım şəhid, əlil, qazi oldu! Hansı ağrı-acısına sahib olub, bəlkə doğulanda pul verib, uşaq yeməyi ilə təmin olunmasını boynuna götürüb, böyüdüb igid bir əsgər olmasına yardım edib?”

 

R.Nurullayev hesab edir ki, bu səbəbdən də uşaqlara xüsusi dövlət qayğısı olmalı, onun böyüməsində valideynlə bərabər iştirak etməlidir. Bir sözlə, dövlət uşaqlara sahib çıxmalı və lazım olan anda da vətən, torpaq üçün ölümə göndərməyə nəinki hüquqi, həm də mənəvi haqqı olmalıdır:

 

“Hər doğulan uşağa görə birdəfəlik yardımın verilməsi, 3 yaşına kimi pulsuz yeməklə təminatı və 18 yaşa kimi "uşaqpulu"nun verilməsini zərurət edən budur!”

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“20 sotadək pay torpağı olanlar məşğul hesab olunmasınlar”

“Koronavirusa qarşı mübarizədə müsbət dinamika bizi çox sevindirir”

Andiçmə mərasimlərində valideynlərin iştirakı qadağandır

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 35 dəfə pozub

Rövnəqi, Cahangiri, Əhmədi müzakirə edib qurtarmamış...

Atəşkəs rejimi 34 dəfə pozulub

MÜSTƏQİL DÖVLƏTİN MÜSTƏQİL LİDERİ

Rayonlara gediş-gəlişin bərpa oluna biləcəyi TARİX

Məktəblərin açılması ilə bağlı VACİB AÇIQLAMA

Fırıldaqçıların ən sevdiyi şifrələr

Koronavirusla bağlı SON STATİSTİKA

D vitamini əskikliyindən yaranan 8 xəstəlik

Milli Şuraya Okeanın o tayından da irad bildirildi

Zidan “Real”ı tərk edir?

Saxta fars şiəliyi və Azərbaycan