Qızıl, gümüş, dəmir, mis aşkarlanıb

10:57 26-04-2018 | icon 101 | Sosial
Qızıl, gümüş, dəmir, mis aşkarlanıb

Azərbaycanın palçıq vulkanlarında ilk dəfə olaraq təbii əmələ gəlmiş qızıl, gümüş, dəmir, mis, titan, yeni minerallar və s. aşkar edilib.

 

Bunu Versus.Az-a Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun (GGİ) Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.

O qeyd edib ki, palçıq vulkanlarının "sakit" dövründə axaraq Yer səthinə çıxardığı palçığın tərkibində təbii əmələ gəlmiş qızıl, gümüş, mis, titan, mineral maddələr və s.-ə rast gəliblər.

 

Əvvəllər bu sahənin öyrənilmədiyini deyən alimin sözlərinə görə, son 2 il ərzində bu istiqamətdə ukraynalı mütəxəssislərlə birgə iş aparılır.

A.Əliyev bu tədqiqatlar nəticəsində çox yaxşı nəticələrin əldə edildiyini də söyləyib.

 

Bu istiqamətdə tədiqatların aparılması üçün ölkənin müxtəlif tektonik zonalarından - Abşeron yarımadasında, Şamaxı-Qobustan bölgəsi, Xəzəryanı ərazilərdən, Cənub-şərqi Şirvandan 20 vulkan seçilib:

 

"Bu vulkanların hamısında təbii əmələ gəlmiş komponentlər aşkarlanıb. Sadəcə, onların tərkibindəki bu elementlərin miqdarı müxtəlifdir. Birində qızıl, birində gümüş, başqa birində həm qızıl, həm gümüş tapılıb".

 

A.Əliyev qeyd edib ki, palçıq vulkanlarının palçığındakı qızıl, gümüşdən hər hansı məqsəd üçün ayrıca olaraq, istifadə etmək mümkün deyil. Çünki palçıqlarda onların miqdarı olduqca kiçikdir:

 

"Onlar 20, 50, 60 mikron, yəni nöqtə boyda olurlar. Palçığın tərkibində qızılın, gümüşün və s-nin necə əmələ gəldiyini, onların əmələ gəlmə səbəblərini öyrənmək elm üçün maraqlıdır. Ona görə də bu nəticələr yalnız elmi cəhətdən böyük maraq doğurur. Bu vaxta qədər bu istiqamətdə məlumatlar olmadığından bu sahənin araşdırılması bizim üçün yeni istiqamətdir. Yalnız Azərbaycanda deyil, ümumiyyətlə, heç dünya miqyasında belə tədqiqatlar aparılmayıb. Bu işlər ilk dəfə Ukraynada aparılıb, indi isə Azərbaycanda aparılır".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni bir Çanaqqaladan keçirik”

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

Pensiyalar artıb

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

ALDP sədrindən müstəqillik təbriki

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Bu məhkumlarla bağlı qanun dəyişir

""Camaat nə deyər?!" prinsipi..."

Hər 100 hamilə qadından 30-u abort etdirir - SOS

Ölən qızın ağzına iri daş qoyulub - SƏBƏB?

İqbal Ağazadə xalqı təbrik etdi