Parkomatlar BNA-ya verilsə...

17:37 26-04-2018 | icon 273 | Gündəm
Parkomatlar BNA-ya verilsə...

Bakıda avtomobil yollarının kənarlarında quraşdırılan parkomatların idarəetməsinin Bakı Nəqliyyat Agentliyinə verilməsi bu prosesdə xeyli müsbət dəyişikliklərə gətirib çıxara bilər.

 

Bu barədə Versus.Az-a açıqlamasında nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib.

Ə.Hüseynovun sözlərinə görə, indiyə qədər bu prosesdə qarışıqlıq var idi:

 

"Bu vaxta qədər avtobus zolağının çəkilməsi Bakı Nəqliyyat Agentliyinin, parkomatların quraşdırılması isə Bakı şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə daxil idi. Bu da bir sıra hallarda ona gətirib çıxarırdı ki, avtobus zolaqlarında parkomatlar quraşdırılırdı. Nəticədə isə nəqliyyatın hərəkətində qarışıqlıq yaranırdı. Amma parkomatlarla bağlı səlahiyyətin Bakı Nəqliyyat Agentliyinə verilməsindən sonra belə hallar olmayacaq. Bundan sonra prosesdə real nəticələri görmək olar".

 

Qeyd edək ki, bu il aprel ayının 2-də Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Fərmana görə, “Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsi” təsdiq edilib.

Nizamnaməyə əsasən, Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhərində müntəzəm sərnişindaşıma xidməti göstərən avtomobil nəqliyyatı vasitələri üçün dayanacaq məntəqələrinin, parklanma yerlərinin və taksi minik avtomobilləri üçün duracaq yerlərinin Agentliyin idarəetməsinə verilməsini iki ay müddətində təmin etməli və həmin fəaliyyəti tənzimləyən analoji qurumlarının (struktur bölmələrinin, ştatlarının) ləğv edilməsi üçün tədbirlər görməlidir.

 

GÖZƏL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili AŞPA-da mədəniyyətlərarası dialoqla bağlı suallar səsləndirib

Himnimizə münasibət – FLƏŞMOB

“Məni agentlikdə ittiham etməklə...”

Partiya sədrindən nazirə açıq məktub

Pensiyalar artıb

Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

SƏM milli dövlətçilik tərəfdarlarını təmkinli davranmağa çağırıb

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ

Bu məhkumlarla bağlı qanun dəyişir

""Camaat nə deyər?!" prinsipi..."