66 uşaq sosial sığınacaq və reabilitasiya müəssisəsinə yerləşdirilib

17:48 26-04-2018 | icon 353 | Sosial
66 uşaq sosial sığınacaq və reabilitasiya müəssisəsinə yerləşdirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağına və Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinə bu vaxta qədər 167 nəfərə sosial xidmət göstərilib.

 

ƏƏSMN-dən Versus.Az-a verilən məlumata görə, onlardan 101 nəfəri Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağa, 66 nəfəri isə uşaqlar olduğundan Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacağa və və Reabilitasiya Müəssisəsinə yerləşdiriliblər. Həmin insanların qanunvericilikdə nəzərdə tutulmuş qaydada stasionar şəraitdə sosial-məişət və sosial-hüquqi xidmətlərlə təminatı, ən başlıcası, normal həyat tərzinə qayıdışı, sosial adaptasiyası üçün məqsədyönlü işlər aparılıb.

 

Sosial sığınacağa qəbul edilmiş yaşayış yeri olmayan 18 yaşdan yuxarı olan vətəndaşların Sosial Sığınacağı tərk edərkən məşğulluq orqanları ilə birgə onların məşğulluğuna köməklik göstərilir. Həmçinin yetkinlik yaşına çatmayanların Sosial Sığınacaqdan sonrakı dövrdə daimi yaşayış yeri ilə təmin olunmaları üçün valideynlərinə, qəyyumlarına, dövlət uşaq müəssisələrinə və ya alternativ qayğı müəssisələrinə təhvil verilməsi yönündə aidiyyəti tədbirlər görülür.

 

Artıq 5 aydan çoxdur ki, fəaliyyət göstərən hər iki müəssisədə müasir tələblərə uyğun şərait vardır. Sosial sığınacaqlarda qəbul-qeydiyyat şöbəsi, yataq, müayinə və müalicə, stolüstü oyunlar, komputer və təmiz inventar otaqları, kitabxana, yeməkxana, camaşırxana və s. fəaliyyət göstərir.

Hazırda isə bu müəssisələrdə 28 nəfərə (o cümlədən 18 yaşdan yuxarı 9 nəfərə, yetkinlik yaşına çatmamış 19 nəfərə) sosial xidmətlər davam etdirilir.

 

ARZU
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni bir Çanaqqaladan keçirik”

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

Pensiyalar artıb

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

ALDP sədrindən müstəqillik təbriki

Onları cərimələyəcəklər

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Bu məhkumlarla bağlı qanun dəyişir

""Camaat nə deyər?!" prinsipi..."

Hər 100 hamilə qadından 30-u abort etdirir - SOS

Ölən qızın ağzına iri daş qoyulub - SƏBƏB?

İqbal Ağazadə xalqı təbrik etdi