“Ermənilər özlərinə “Qarabağ münaqişəsi” adlı qəfəs yaradıb”

08:50 27-04-2018 | icon 188 | Siyasət
“Ermənilər özlərinə “Qarabağ münaqişəsi” adlı qəfəs yaradıb”

 

Zərdüşt Əlizadə: “Yalnız bundan sonra qonşu dövlətlərin bazarları onların üzlərinə açıla bilər”

 

““Qarabağ klanı” ölkəni ağır duruma salıb. İşsizlik, kasıblıq, insanların ölkədən qaçması, Qarabağ məsələsinin həllində işıqucunun görünməməsi bu aksiyalar üçün tam əsas yaradıb”.

 

Bunu Versus.Az-a politoloq Zərdüşt Əlizadə Ermənistanda davam edən etiraz aksiyalarının erməni məfkurəsində və həyatında hansı dəyişikliyə səbəb ola biləcəyi ilə bağlı şərhində bildirib.

 

Z.Əlizadə deyib ki, Ermənistanda yeni hakimiyyətin yaranması heç də bu xalqı işğalçı erməniçilik düşüncəsindən çıxara bilməyəcək. Çünki onların beyinləri elə bir milli ideologiya ilə zəhərlənib ki, bu, ermənilər üçün qalın qəfəs divarıdır.

 

Politoloq eyni zamanda bildirib ki, əgər hakim zümrənin bir hissəsi aksiyaçılara dəstək verməsə, heç bir xalq hərəkatı, o cümlədən də bu proses uzun müdət duruş gətirə bilməz. O, ermənilərin belə davamlı etiraz aksiyalarından sonra hər hansı fikir yenilənməsinə nail ola biləcəyini də istisna edib:

 

“Onların beyninə belə bir fikir yeridiblər ki, əgər Qarabağda hərbi qələbə qazanıblarsa və torpaq onlardadırsa, dünya bunu  tanımalıdır. Daha anlamırlar ki, bu belə deyil. Onlara elə gəlir ki, xüsusi imtiyazları var. “Erməni soyqırımı”, “Qarabağ bizimdir” şüarı ilə özlərini haqlı hesab edirlər. Onlar bu “qəfəsdən” çıxmaq üçün məfkurə qəliblərini dağıtmalıdırlar”.

 

“Qəfəsin içində oturan Ermənistanın açarı Rusiyadadır”

 

Politoloqun fikrincə, Ermənistanda narıncı inqilab istisnadır. Çünki qəfəsin içində oturan Ermənistanın açarı Rusiyadadır:

 

“Bütöv bir ölkə özü üçün qurduğu qəfəsin içində oturubsa, belə aksiyalarla inkişaf istiqamətlərini seçə bilməz. Əgər ermənilər iqtisadi cəhətdən inkişaf etmək istəyirlərsə, onlara  istehsal və məhsulu satmaq üçün bazar lazımdır. Həmin bazar isə birinci növbədə Azərbaycan, Gürcüstan və digər qonşu ölkələrdədir. Əgər erməni qonşuları ilə düşmənçilik edib yarımmühasirədə oturubsa, inkişaf edə bilməyəcək. Deməli, iqtisadi inkişaf üçün birinci növbədə qonşularla normal münasibət qurulmalı, beynəlxalq hüquqa hörmət edilməlidir. Yalnız bundan sonra qonşu dövlətlərin bazarları onların üzlərinə açıla bilər”.

 

Politoloq hazırda Türkiyənin de-fakto öz işçi bazarını ermənilərin üzünə açdığını və orda 70 min erməninin  işlədiyini qeyd edib:

 

“Amma Ermənistan bunu anlamır vəTürkiyədən “soyqırım” etirafı tələb edir. Türkiyəyə deyirlər ki, sən əyil, bütün Qərb dünyası, Rusiya sənin belində əyləşsin.

Məhz Rusiya onların başına hüquqi, tarixi cəhətdən sərsəm olan bu fikirləri  yeridib, bunlar da ondan əl çəkmirlər. Bu “soyqırım” günahkar kim idi, təbii ki, elə erməni hakimiyyəti”.

 

Politoloq hesab edir ki, hazırda Ermənistanın Azərbaycana hücum etməsi barədə heç bir qorxu yoxdur:

 

“Rusiya əmr versə edəcək, verməsə etməyəcək. Gürcüstanın başına gələn hadisə hamıya görk oldu. Rusiya təxribat törətdi, ağılsız Saakaşvili Amerikanın vədlərinə inanıb bu təxribata uydu və iki ərazisini itirdi. Azərbaycana görk oldu ki, Rusiyaya qarşı sərt addım atsa o,“yazıq erməniləri qırırlar” deyib, hücuma keçəcək və bütün dünya da əl çalacaq, sonra da Qarabağı Rusiyanın tərkib hissəsi elan edəcək”.

 

Z.Əlizadə Qarabağın işğaldan azad olunmasında hərb yolunu məqbul saymayıb. Onun fikrincə, bu gün Qarabağın azad olunması hərbi cəhətdən mümkün deyil:

 

“Çünki hamı Rusiyanın Ukraynanın, Gürcüstanın başına  gətirdiklərini bilir. Rusiya nüvə raketi olan dövlətdir. Nə istəyir edir və Amerika da ona heç nə demir. Ona görə də biz diqqəti iqtisadi inkişafımızla çəkməli, azd demokratik ölkə qurmalı və diplomatik addımlar atmaqla çoxlu dostlar qazanmalıyıq. Əhalinin ölkədən qaçmasına səbəb olan siyasətlə Qarabağı qaytara bilmərik. Biz Azərbaycanı elə bir inkişaf etmiş dövlətə çevirməliyik ki, Qarabağda yaşayan ermənilər bunu görsün və özü onu ağır şəraitdə yaşamağa sövq edən müharibəyə qarşı çıxsın”.

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni bir Çanaqqaladan keçirik”

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

Pensiyalar artıb

ALDP sədrindən müstəqillik təbriki

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Bu məhkumlarla bağlı qanun dəyişir

Ölən qızın ağzına iri daş qoyulub - SƏBƏB?

İqbal Ağazadə xalqı təbrik etdi

""Camaat nə deyər?!" prinsipi..."

Hər 100 hamilə qadından 30-u abort etdirir - SOS